Ötən il təyyarə qəzalarında ölənlərin sayı açıqlandı

Ötən il təyyarə qəzalarında ölənlərin sayı açıqlandı

2019-cu il baş verən təyyarə qəzalarında 257 nəfər ölüb.

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu rəqəmlər Niderlandın "To70” konsaltinq kompaniyasının hazırladığı "2019 mülki aviasiya icmalı” illik hesabatında qeyd olunub.

Həmçinin məlumata əsasən, ümumilikdə 2019-cu il ərzində dünyada 86 aviasiya qəzası baş verib və onlardan 8-i ölümlə nəticələnib. Bu da o deməkdir ki, qəzalar əvvəlki illə müqayisədə 2 dəfə azalıb.

Belə ki, 2018-ci ildə 157 bədbəxt hadisə baş verib. Bu hadisələr zamanı 534 nəfər həlak olub.

Ümumilikdə 2019-cu ildə baş tutan hər 5.5 milyon aviareysə yalnız bir ölümcül qəza düşüb. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR