Ötən il ən çox nə bahalaşıb? - Statistik göstəricilər üzrə şərh

Ötən il ən çox nə bahalaşıb? - Statistik göstəricilər üzrə şərh
Ötən il ərzaq məhsulları arasında bahalaşma çempionu meyvə və tərəvəz olub.

2020-ci ildə meyvələr orta hesabla 9 faiz, tərəvəzlər 7 faiz bahalaşıb. Hər iki mal qrupu üzrə bahalaşma sürəti ərzaq məhsullarındakı bahalaşmadan (5 faiz) daha böyükdür.

Sfera.az xatırladır ki, 2019-cu ildə meyvə qiymətləri enmişdi. Həmin ilin yekununda meyvə qiymətləri əvvəlki illə müqayisədə 4,3 faiz aşağı düşmüşdü.
Amma tərəvəzlər 2020-ci ildə olduğu kimi 2019-cu ildə də bahalaşıb. Tərəvəzlərdə  2019-cu ildə bahalaşma 12,4 faiz idi.

Statistik müşahidələrə əsasən bir illik dövrdə ən çox istehlak edilən meyvə olan almanın qiyməti xeyli yüksəlib. 2019-cu ilin dekabrında kiloqramı 1,42 manata satılan almanın dəyəri ötən ilin sonuda 1,8 manata qədər artıb. Bir il ərzində almanın dəyəri 27 faizdən çox yüksəlib.

Ölkəmizdə təxminən 800 min ton meyvə emal edilmədən ərzaq məhsulu kimi istehlak edilir. Bunun 200 min tonu almadır. Buna görə də almanın 27 faizdən artıq bahalaşması ümuməın meyvə qiymətlərinin 9 faiz yüksəlməsinə səbəb olub.

Almadan başqa limonun kiloqramının orta qiyməti 2,7 manatdan 3,03 manata, naringinin qiyməti 1,8 manatdan 1,95 manata, kivinin dəyəri 2,3 manatdan 2,6 manata, qozun qiyməti 5,4 manatdan 5,9 manata yüksəlib.

Tərəvəzlərdən isə əsas məhsul olan kartofun ucuzlaşmasına baxmayaraq tərəvəz qiymətləri artıb. Bir ildə Azərbaycan əhalisi 1,26 milyon ton tərəvəz istehlak edib ki, bunun da 800 min tonu kartofdur. Ötən il kartofun dəyəri 0,85 manatdan 0,75 manata qədər enib. Kartofun ucuzlaşmasına baxmayaraq əksər tərəvəz məhsullarının bahalaşması hesabına tərəvəz məhsullarının qiymət səviyyəsi yüksəlib.

Azərbaycanda meyvə-tərəvəzin bahalaşması pandemiya ilə əlaqələndirilir. Bu dövrdə qadağalarla əlaqədar ticarətin zəifləməsi bazarlara daha az məhsulun çıxarılmasına səbəb olub ki, bunun da nəticəsində məhsul qıtlığı yaranıb və qiymətlər artıb. Digər tərəfdən pandemiya kənd təsərrüfatı məhsullarının istehsalının da azalmasına gətirib çıxarıb. Hər iki amil meyvə və tərəvəzin dəyərinin daha çox artmasına imkan yuaradıb.
 
Vasif
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...