Ötən il Azərbaycanda məişət tullantıları ilə bağlı cərimələnən şəxslərin sayı AÇIQLANDI

Ötən il Azərbaycanda məişət tullantıları ilə bağlı cərimələnən şəxslərin sayı AÇIQLANDI
Ötən il Azərbaycanda məişət tullantıları ilə bağlı cərimələnən şəxslərin sayı açıqlanıb.

Daxili İşlər Nazilriyindən Sfera.az-a bildiirlib ki, 2021-ci ildə keçirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən tədbirlər zamanı Bakı şəhərində və Abşeron rayonu ərazisində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması) maddələrinin tələblərini pozan 23 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək barələrində müvafiq tədbirlər görülməklə 40 700 manat cərimə tətbiq edilib.

Şəhər, rayon polis orqanları tərəfindən ötən il ərzində həyata keçirilən tədbirlər nəticəsində isə İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozan 3191 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb ki, həmin şəxslərə tədbiq olunan cərimələr 157 880 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR