Ötən gün toylarda karantini pozan 1 nəfər cərimələndi, 7 nəfər mərasimə buraxılmadı
Kriminal
14:58 / 07.01.2022
726
Yanvarın 6-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və Respublika ərazisində 64 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 63 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
7 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.