Ötən gün 28 yanğına çıxış oldu, 8 nəfər xilas edildi

Ötən gün 28 yanğına çıxış oldu, 8 nəfər xilas edildi
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Sfera.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər xilas edilib, 2 nəfər yanıq xəsarəti alıb. Həmçinin, yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızının və Mingəçevir şəhərində bağlı qapı arxasında 1976-cı il təvəllüdlü Məmmədov Abir Nadir oğlunun meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Cəlilabadda şadlıq sarayının sahibi həbs olundu

Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Göytəpə şəhəri ərazisində yerləşən "Yaşar” şadlıq sarayınd...

Bakıda 2 narkotacir və onların narkokuryerliyə cəlb etdikləri daha 4 nəfər saxlanıldı - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun "Kubinka”, "Papanin”, həmçinin digər ə...

DSX matrosunun intiharı ilə bağlı cinayət işi açıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) matrosu Ramil Rzaquliyevin intihar etməsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidm...

DSX-nin matrosu hospitalda intihar etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib. Bu barədə Sfera.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. ...

Bakıda güclü yanğın oldu - VİDEO

Bakıda yanğın başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Hadisə Bakıdakı Rusiya səfirliyinin yaxınlığında y...

Azərbaycanda keçmiş məmurun ailəsində FACİƏ - FOTO

9 gün əvvəl İsmayıllı rayonunda baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib.  Sfera.az-ın məlumatına görə, rayonun Quşencə kəndində ...