“Təlxək, dəmşalaq, sərsəm...” – Millət vəkillərimizdən Jirinovskiyə “xoş sözlər”

“Təlxək, dəmşalaq, sərsəm...” – Millət vəkillərimizdən Jirinovskiyə “xoş sözlər”

"Moskva bu təlxəyin fikirlərilə hərəkət etməyəcək”.



Sfera.az.a açıqlamasında bu sözləri rus siyasətçisi Vladimir Jirinovskinin hərbi əməliyyatlar dayandırılmasa, Rusiya qoşunlarının Qarabağa yeridilməli olduğu fikrinə münasibət bildirərkən Milli Məclisin deputatı Asim Mollazadə deyib:


"Hər zaman olduğu kimi Jirinovski öz sayıqlamalarını, dələduzluğunu davam etdirir. Düşünürəm ki, onun nə sayıqlamasından asılı olmayaraq, Rusiya dövləti bu təlxəyin fikirlərilə hərəkət etməyəcək”.


"Əslində Jirinovski Rusiya hökumətinin fikirlərini səsləndirib”.



Bunu isə sayta açıqlamasında deputat Vahid Əhmədov deyib: "Bu Jirinovskinin öz sözü deyil. O, bu ifadələri işlətməklə əslində Rusiya hökumətinin fikirlərini səsləndirib. Azərbaycan Prezidenti bu günlərdə açıqlamasında dedi ki, F-16 qırıcı təyyarələrimiz torpaqdadır, amma uçmur. Bu o deməkdir ki, kənar dövlətlər prosesə müdaxilə etsə, digər dövlətlər də prosesə qatılmalı olacaq. İnanmıram ki, Rusiya hökuməti Jirinovskinin bu fikirlərinə aludə olub, prosesə müdaxiləyə keçsin. Jirinovskidir də, o həmişə özüməməxsus şəkildə belə ifadələr işlədir”.

 

 

"Jirinovski yaşlaşdıqca yaddaşını itirir, sərsəmləyir”.



Bu fikirlər isə deputat Elman Məmmədova məxsusdur: "O, yaddan çıxarıb ki, 1991-ci ildə Sovet İttifaqı dağılıb. İndi ölkəmiz Moskvanın nəzarətində deyil. Biz də Rusiya kimi müstəqil dövlətik. Daxili işlərimizə qarışmağa heç kimin haqqı yoxdur. Azərbaycan indi torpaqlarını işğaldan azad edir. Beynəlxalq qanunlar ona bu hüququ verir. Vaxtilə Rusiya Şimali Qafqazda antiterror əməliyyatı keçirirdi. Azərbaycan bu zaman onun işinə qarışmırdı.

 

Rusiya ilə ölkəmiz arasında yüksək səviyyəli münasibətlər mövcuddur. Qarşılıqlı hörmət var. Jirinovski və onun kimi düşünənlər Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək istəyirlər. Ancaq heç nəyə nail olmayacaqlar. Rusiya Prezidenti Putin də deyib ki bu, Azərbaycanın daxili işidir. Jirinovski də Paşinyan kimi fikirləşir. Paşinyan da deyirdi ki, rus gəlib erməniləri qorumalıdır. Rusiya hökuməti heç bir halda Jirinovski kimilərin fikirlərinə uymamalı, sona qədər tərəfsizliyini qoruyub saxlamalıdır”.

 

 

"Jirinovski dəmşalaqdır”



Bu sözləri isə deputat Aqil Abbas dedi: Qarabağlılarda bir söz var, dəmşalaq - mənası səfeh, axmaq deməkdir. Jirinovski dəmşalaqdır. Rusiya hökuməti, şəxsən Prezident Putin münaqişə ilə bağlı öz sözünü deyib. Rusiya prosesə müdaxilə etməyəcək. Dəmşalaq isə çığırır, bağırır. Qoy bağırsın. Azərbaycan öz torpaqlarını azad edir. Rusiya daxili işimizə qarışa bilməz. Ermənistan qoşunları torpaqlarımızdan çıxandan sonra oturub danışarıq. Dünya birliyi ərazi bötövlüyümüzü tanıyır”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...