Televizor qarşısında yatsanız, bu xəstəliklər... – Xəbərdarlıq

Televizor qarşısında yatsanız, bu xəstəliklər... – Xəbərdarlıq
Alimlər gecə yatarkən otaq lampasını yanılı qoyan, o cümlədən televizor qarısında yatan insanlarda müxtəlif simptomlar müşahidə ediblər. Dişi siçanlar üzərində aparılan araşdırma göstərib ki, gecə süni işığa məruz qalmaq sonsuzluq riskini artıra bilər.

Sfera.az xəbər verir ki, başqa bir araşdırma gecə növbəsində işləyən tibb bacılarının üzərində aparılıb. Məlum olub ki, əksər tibb bacıları hormon pozulmasından şikayətlənirlər.

Melatonin (beyin hormonu) nəinki bədən istiliyini, həm də təzyiqi aşağı salır. Gecələr işığa məruz qalsanız, melatonin istehsalınız azalır və təzyiqiniz yüksəlir. Bu, ürək xəstəliyi və iflic riskini artıra bilər.

Gecə süni işıqlandırma maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. 43 mindən çox qadın üzərində aparılan araşdırma göstərib ki, televizor qarşısında yatanlarda çəki artımı müşahidə olunur. Hətta tək bir süni işıq mənbəyi də hormonal balansı dəyişə bilər.

Smartfonlardan, televizorlardan və ya kompüterlərdən gələn işıq melatonin çatışmazlığına səbəb olur. Bunun xaricində digər bioloji proseslər də pozulacaq.

Digər araşdırma gecə işığa məruz qalmanın depressiya riskini artırdığını göstərib. Sirkadiya ritminin pozulması da mövcud depressiya əlamətlərini pisləşdirir. Gün ərzində sağlam hiss etmək və sağlamlıq problemi yaşamamaq üçün kifayət qədər yuxu almaq çox vacibdir. Yuxu keyfiyyətinizi qorumaq üçün qaranlıqda yatmağa diqqət etməlisiniz.

OXŞAR XƏBƏRLƏR