Teleradio yayımçılarına lisenziyaların verilməsi MTRŞ-nın səlahiyyətlərinə daxil edilib

Teleradio yayımçılarına lisenziyaların verilməsi MTRŞ-nın səlahiyyətlərinə daxil edilib

teleradio yayimcilarina lisenziyalarin verilmesi mtrs nin selahiyyetlerine daxil edilib

 

 

 

 

 

 

 

 

 

 

 

 

Teleradio yayımçılarına lisenziyaların Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətlərinə daxil edilməsi qaydası qüvvəyə minib.

 

APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev "Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan respublikasının 2016-cı il 11 noyabr tarixli 404-VQD nömrəli Qanununun tətbiqi və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli fərmanında dəyişikliklər edilməsi haqda fərman imzalayıb.

 

Fərmana əsasən, edilmiş dəyişikliklə lisenziya tələb olunan fəaliyyət növlərini (Teleradio yayımı fəaliyyəti, ümumrespublika televiziya yayımı, Bakı şəhəri üzrə televiziya yayımı, regional televiziya yayımı, ümumrespublika radio yayımı, Bakı şəhəri üzrə radio yayımı, regional radio yayımı, əlavə informasiya yayımı, abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı, abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı, peyk yayımı, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət) MTRŞ həyata keçirəcək.


OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...