Telefonun enerjisi niyə tez bitir?

Telefonun enerjisi niyə tez bitir?
Çoxsaylı smartfon istifadəçilərinin qarşılaşdığı  ən aktual problemlərdən biri də batareyanın tez sıradan çıxması yaxud uzun müddət enerji saxlaya bilməməsidir.Smartfonunuzun batareyasını  necə qorumağın üsullarını təqdim edirik.

Mobil telefonlar artıq bir neçə ildir ki, həyatımızın ayrılmaz parçasına çevrilib və telefonlarla bağlı ən böyük problemlərdən biri də batareya və enerji ilə bağlıdır.Bəs batareya haqqında bildiyimiz bəzi məlumatlar həqiqətən doğrudurmu? Bu məqalədə batareya ilə bağlı olan və hamının demək olar bildiyi məlumatların doğru olub olmadığını sizlərə çatdıracağıq.

1.Telefon enerji toplayarkən istifadə etmə, əlində partlayar! -Doğrudur buna inanan kütlə mövcuddur.Onlar həqiqətən elə bilirlər ki, telefon enerji toplayan zaman ondan istifadə etmək təhlükəlidir.Lakin texnologiyanın və şirkətlərin inkişafı o səviyyəyə çatıb ki,artıq istehsal olunan telefonlar əlbətdə ki, bu tip testləri keçdikdən sonra bazara çıxarırlır.Təbii ki, əgər siz saxta adapterlərdən usb bağlayıcılardan istifadə edirsinizsə, o zaman hər an təhlwkə altındasınız və hər hansı partlayış heç də sizi təəccübləndirməsin.

2.Telefonu bütün gecə enerjidə saxlamaq zərərlidir bu həm batareya ömrünü azaldar həmdə yanğına səbəb ola bilər. -Bu cür məsləhətlərlə də yəqin ki, tez-tez qarşılaşırsınız xüsusilə valideynlər bunun əlehinədir. Müasir mobil telefonlar özləri batareyanın dolmasını müəyyən edəcək funksiyalara sahibdirlər.Əgər mobil teleonun batareyası tam dolu olarsa, bu zaman telefon avtomatik olaraq batareyaya gələn enerjini dayandırır və bunun nəticəsində batareya zərər görməmiş olur.Digər tərəfdən mütəxəssislər bateryanın 40%-80% arasında saxlamağı məsləhət görürlər bu batereya ömrü üçün faydalıdır.Bir daha qeyd edək ki, əgər siz saxta məhsul və enerji toplayıcılardan istifadə edirsəniz bu halların baş verməsi istisna deyil ən azından dünyada baş verən hadisələrə nəzər salın .2 həftə əvvəl saxta enerji toplayıcı istifadə edən şəxs enerji axınına məruz qalaraq həyatını itirmişdi.

3.Telefonu enerjiyə taxmazdan əvvəl ilk növbədə batareyanın tam boşalmasını gözlə. -Yəqin ki, bu cür məsləhətlərlə hamınız üzləşmisiz.Bu termin müasir dövrdə istifadə olunan lityum-iyon batareyalar üçün keçərli deyil və çox köhnə batareyalarda bundan istifdə olunurdu və həmin məsləhət o dövrdən günümüzə qədər gəlib çatmışdır.

4.Telefonu ilk dəfə alanda 24 saat enerjidə saxlayın. -Yenə köhnə model nikel batareyalar üçün keçərili olan bir məsləhət. 24 saat çox böyük rəqəmdir əslində köhnə batareyaları belə 16 saat enerjidə saxlamaq kifayət edərdi.Ən yaxşısı isə ilk 2-3 günü davamlı olaraq istifadə etmək və enerji ilə qidalandırmaq məsləhət görülərdi.Lakin müaris batareyalarda bu rəqəm 6 saatdır.İstehsalçı fərqi ilə isə bu rəqəm daha aşağılara düşür.Texnologiyanın inkişafı artıq bir neçə saat və dəqiqəyə tam dolmaq bacarığına sahib batereyaların istehsalına gətirib çıxarıb.

5.Telefonun rəsmi istehsalçısı tərəfindən istehsal olunmayan adapter və usb bağlayıcılardan istifadə etməyin. -Saxta,lisenziyasız məhsullar istisna olmaqla telefonunuzu başqa model telefonların adapterləri ilə rahatlıqla enerji ilə təmin edə bilərsiniz.Bu zaman sırf telefonun öz adapterinin üstünlyü ondadır ki, məhz həmin adapterlə daha qısa zamanda enerji ilə batareyanı təmin etmək olar.Yəni yuxarıda qeyd olunurki, telefonu yalnız və yalnız öz adapteri ilə enerjiyə qoşun.Lakin qeyd edək ki,siz başqa model telefonların adapterlərindən istifadə zamanı problemlə üzləşməyəcəksiz yetər ki, istifadə etdiyiniz məhsul saxta və lisenziyasız olmasın.Bu halda heç bir problem yaşanmaz.

6.USB vasitəsilə telefona enerji ötürmək batareyanın ömrünü azaldır. -Təbii ki,qeyd olunan fikir də yanlışdır.USB ilə enerji qidalanması zamanı yeganə fərqli olan məqam USB daha aşağı amper istifadə etdiyi üçün batareya gec dolur.Yəni,telefonunuzu kompüter vasitəsilə rahatlıqla enerji ilə təmin edə bilərsiniz.Bu zaman batareya daha az aşınar və əksinə batareyanıza ziyanı yox xeyri olar.

7.Batareyanın yüksək temperaturda qızması zərərlidir. -Müsir lityum-iyon batareyaların qızması əslində normal haldır.En sağlam istifadə batareyanı oraq temperaturunda saxlamaq və kəskin temperatur dəyişikliyinə icazə verməməkdir.Fins.az 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...