Telefon və kompyuterlər beynimizi zibilliyə çevirir

Telefon və kompyuterlər beynimizi zibilliyə çevirir
 Telefon və kompyuterlərdən həddindən artıq istifadə beynin yorulmasına və nəticədə depressiyaya səbəb ola bilər.
 
Sfera.az bildirir ki, yaponiyalı alimlər belə bir qənaətə gəliblər.
 
"Okumura" yaddaş klinikasının direktoru, neyrocərrah Ayumi Okumuranın sözlərinə görə, məhz bu səbəbdən son dövrlər insanların yaddaşında problemlər yaranması halları çoxalıb.

 
Yaponiyalı təbib təəsüflə qeyd edib ki, yaddaş pozulması yalnız yaşlı insanlarda müşahidə edilmir. Həkim hazırda yaddaş pozulması riski altına düşən şəxslərin yaş həddinin 30-60 arasında dəyişdiyini deyib. Onun sözlərinə görə, məhz bu yaş kateqoriyasındakı insanlar daha çox telefon və kompyuterlərdən istifadə edir və beyinləri informasiya ilə çox dolur: "Beyində informasiya çoxalanda isə, beyin emalı çatdıra bilmir və zibilliyə çevrilir".

Həkimlər bu təhlükəli haldan qurtulmaq üçün beyinə istirahət verilməsini, ən əsası yaxşı yatmağı tövsiyə edirlər. Nahar fasiləsi zamanı 15 dəqiqəlik qısa yuxu da faydalı hesab edilir.

 

Bundan başqa, alimlər qida qəbul edərkən telefondan uzaq durmağı da məsləhət edirlər. (day.az)


OXŞAR XƏBƏRLƏR