Tələbələrin məcburi vaksinasiya edilməsinə çağırış – \"Universitetlər yalnız bu halda açıla bilər\"
15:38 / 28.01.2021
2579
Ölkə üzrə koronavirusa yoluxma statistikası kəskin azaldığı üçün fevralın
1-dən sərt karantin rejimi bir qədər də yumşaldılır. Növbəti həftədən etibarən
kafe və restoranlar da yerində xidmət göstərəcək.
Bundan başqa, orta ümumtəhsil müəssisələrində də 1 fevraldan etibarən ənənəvi
təhsilin tədrisinə başlanılır.
Təhsil naziri Emin Əmrullayev fevralın 8-15-i aralığında yuxarı sinif
şagirdləri və ali təhsil müəssisələrində də ənənəvi təhsilə qayıdışla bağlı
açıqlama veriləcəyini bildirmişdi.
Bəs, yoluxma statistikasında hansı rekord qeydə alınmalıdır ki, ali təhsil
müəssisələrində ənənəvi tədrisə qayıtmaq mümkün olsun? Hazırkı rəqəmlərlə
distant təhsilin ləğvi mümkündürmü?
Mövzu ilə bağlı Sfera.az-a danışan Azərbaycan Həkimləri İctimai
Birliyinin sədr müavini , həkim-radioloq Aydın Əliyev hamının vaksinasiya
olunmayacağı təqdirdə yumşalmanın əks effekt verəcəyini bildirib:
"Karantin rejiminin yumşalması üçün birmənalı olaraq hamımız kütləvi
olaraq vaksinasiyadan keçməliyik. Əks halda bu günkü rəqəmlər əlbəttə ki, arta
bilər. Bildiyimiz kimi yeni, yoluxuculuğu yüksək olan mutasiya da peyda olub. Yəni,
peyvənd edilməsək və karantin yumşalsa yoluxma birmənalı olaraq artacaq. Biz
bunu öncəki aylarda gördük. Karantin yumşalanda yoluxma artdı, sərtləşdiriləndə
azaldı”.
A.Əliyev universitetlərin açılmasının yalnız tələbə və müəllimlərin bir
ay içərisində peyvənd olunacağı təqdirdə doğru olduğunu vurğulayıb:
Sfera.az
Əzizə Zeynal