Tələbələr Yelo Bank-dakı təcrübələrindən DANIŞDI

Tələbələr Yelo Bank-dakı təcrübələrindən DANIŞDI

Yelo Bank bacarıqlı və parlaq peşakarlara üstünlük verdiyi kimi, istedadlı, amma təcrübəsi olmayan gəncləri də düşünərək onlar üçün əlverişli karyera imkanları yaratmağa çalışır. Bunun üçün, gələcəkdə karyerasını bank sahəsində qurmaq istəyən tələbələr üçün təcrübə proqramı təşkil olundu. Ölkəmizin bir neçə universitetindən seçilmiş tələbələr proqramın sonunda öz təəsuratlarını bizimlə bölüşdü. İştirakçıların fikirlərini sizinlə də paylaşmaq istəyirik:


"Bu proqram təhsil aldığım marketinq sahəsində təcrübə əldə etməyimlə yanaşı, mehriban kollektivdə çalışmaq imkanını da yaratdı.»

Paşazadə Ülkər, UNEC

 

«Təcrübə proqramında iş təcrübəsi ilə yanaşı yeni dostlar da qazanmış oldum.»

Aynur Seyid, ADNSU


"Proqramlaşdırma sahəsində öyrəndiyim nəzəri bilikləri praktikada istifadə etməyi, peşəkar və savadlı kadrlardan ibarət komanda ile birgə işləməyi, bank sektoru ile yaxından tanışlığı öyrəndim.”

Şamil Səmədzadə, UNEC

 

«Bu təcrübə proqramını tamamilə fərqli bir insan olaraq başa vurdum»

Nəzrin Quliyeva, ADA


«Təcrübə proqramı zamanı yeni və fərqli insanlar tanıdım, həmçinin Yelo bankın yaratdığı innovativ mühitdə çalışmaq imkanı qazandım. İş prosesində yaxından iştirak edərək bankın müştərilərə təqdim etdiyi xidmətin keyfiyyətinə necə önəm verdiyinin canlı şahidi oldum.»

Qəmər Babazadə, BDU
 

"Bu təcrübə gələcək karyeramı qurmaq istədiyim rəqəmsal marketinq sahəsində atdığım ilk addım oldu.»

Əliyeva Sevda, UNEC

«Ən böyük nailiyyətim front-end sahəsi üzrə qazandığım praktiki biliklər oldu.»

Rəşad Əzimov, ADNSU

Qeyd edək ki, Yelo Bank gələcəkdə də gənclərlə bağlı müxtəlif tədbirlərin həyata keçirməsini planlaşdırır.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram hesablarımıza yazın cavablandıraq!

 

Yelo Bank – Parlaq bankçılıq

 



OXŞAR XƏBƏRLƏR

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...