Tələbə təqaüdlərinin artırılması hamını sevindirdi

Tələbə təqaüdlərinin artırılması hamını sevindirdi
"Prezidentin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğını alqışlayırıq. Bu mənada tələbələrə verilən təqaüdlərin artırılmasını da müsbət qarşılayıram”
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Prezidentinin tələbələrin təqaüdlərinin artırılması ilə bağlı verdiyi sərəncama münasibət bildirərkən Turizm və Menecment Universitetinin dosenti Məhərrəm Zülfüqarlı deyib. 
 
Onun sözlərinə görə, prosesin davamı olaraq müəllimlərin də əmək haqları artırılmalıdır: 
 
"Adətən maddiyyat bazis rolunu oynayır. Madiyyat, bazis yaxşı olanda təhsilin də keyfiyyəti yüksəlir. Çünki tələbələr maddi cəhətdən nə qədər çox dəstək alsa, daha çox oxumağa, kitab almağa həvəs göstərərlər. Belədə təhsil xərclərini ödəmək üçün daha çox imkana malik olarlar. Bütün hallarda belə qərarlar tələbələrin təhsilinin keyfiyyətinə müsbət təsir göstərir. Bununla yanaşı müəllimlərə də diqqətin artırılmasını istərdim. Bu istiqamətdə atılan addımlar daha da genişlənərək, müəllimlərə də şamil edilməlidir. Ümumiyyətlə, belə məsələlər hər il diqqət mərkəzində olmalıdır. Elmi dərəcə alan insanın əmək haqqına cəmi 40 manat əlavə olunur. Ona görə fikrimcə, tələbələrin təqaüdlərini artırmaqla yanaşı, müəllimlərin də əmək haqları artırılmalıdır. Elmi dərəcəsi olanlara stimul verilməsi məsələsi də diqqət mərkəzində olmalıdır”. 
 
Milli Məclisin deputatı, professor Musa Qasımlı da sözügedən sərəncamı təhsil və tələbələrə ayrılan diqqət fonunda yüksək qiymətləndirdi: 
 
"Cənab Prezident İlham Əliyevin ali və orta ixtisas təhsili müəssisələrində, AMEA-nın magistratura səviyyəsində əyani təhsil alan tələbələrə verilən təqaüdlərin artılımasına dair imzaladığı sərəncam olduqca mühümdür və bu sahədə çalışanlar, təhsil alanlar üçün böyük əhəmiyyət kəsb edir. Bu addım dövlət başçısının təhsilə verdiyi böyük diqqət və qayğının nəticəsidir. Bu addım onu göstərir ki, dövlətimiz hər zaman olduğu kimi təhsil alanlara xüsusi diqqət yetirir və onların və ailələrinin qayğılarını yüngülləşdirməyə çalışır. Təqaüdlərin artırılması həmin kateqoriyadan olan şəxslərin sosial vəziyyətin yaxşılaşdırılmasına, onların dərslərə daha yaxşı hazırlaşmalarına yardımçı olacaq. Başlıcası isə bu addım ölkəmizdə elm və təhsilin keyfiyyətinin yüksəlməsi yolunda daha böyük imkanlar yaradacaq. Cənab Prezidentin verdiyi bu qərar birmənalı olaraq hamımızın ürəyincədir”.
 
Qeyd edək ki, Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən də sözügedən kateqoriyadan olan tələbələrin təqaüdləri artırılıb. Nəticədə 600-ə yaxın doktorantın və 110 min tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq. Həmçinin təqaüd alan tələbələrin ümumi sayının hazırkı 31 faizdən, 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilində isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Tələbələrə verilən təqaüdlərin artırılması ilə bağlı olaraq  dövlət büdcəsindən 25 milyon manatadək əlavə vəsait ayrılacaq.
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...