Tələbə təhsil kreditləri bu güzəştlərlə veriləcək - SİYAHI

Tələbə təhsil kreditləri bu güzəştlərlə veriləcək - SİYAHI
Xəbər verdiyimiz kimi, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası təsdiq edilib.

Sfera.az xəbər verir ki, sənədə əsasən, Tələbə Təhsil Kreditinin (TTK) verilməsinə dair bir sıra tələblər və güzəştlər tətbiq ediləcək.

Fondun vəsaiti hesabına verilən TTK üzrə tələblər aşağıdakılardır:

TTK-nin tədrisə tam cəlb olunaraq (fulltime) təhsil müəssisələrində əyani təhsil alan tələbələrə verilməsi;

TTK-nin təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün verilməsi;

TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borcun olmaması;

TTK üçün girov və zaminliyin tələb olunmaması;

TTK üzrə əsas borcun və hesablanmış faizlərin hər ay bərabər hissələrlə (annuitet ödənişlər) qaytarılması;

Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmaması və qaytarılmasının tələb edilməməsi;

Borcalanın ölümü, əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarından kreditin həcmindən az olmamaq şərtilə sığortalanması;

TTK-nin Azərbaycan vətəndaşlarına manatla verilməsi.

Sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:

ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır;

Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunur.

Standart TTK üzrə aşağıdakı güzəştlər tətbiq edilir:

ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır;

Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur.

OXŞAR XƏBƏRLƏR

Dövlət başçısı: "Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb"

Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin ...

Putinə Rusiya Prezidentinin vəsiqəsi təqdim edildi - FOTO

Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ilə görüşüb.   Sfera.az xəbər verir ki, MSK sədri bu il martında k...

Kapital Bank 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2024-cü il tarixinə 8.8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.4 milyard...

Növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri AÇIQLANDI

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb.   Sfera.az xəbər verir ki, Hacıqabul rayonunda yenid...

Azərbaycan “AcwaPower” ilə enerji saxlanc sistemləri layihələrini MÜZAKİRƏ ETDİ

Azərbaycan Səudiyyə Ərəbistanının “AcwaPower” şirkəti ilə quruda və dənizdə külək enerjisi, enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlıq məs...

Prezident: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması – Red.) 230 min hektar əkin sahəsini əhatə edəcək.   Sfera.az xəbər verir...