Tələbə qəbulu qaydalarında dəyişiklik edildi - RƏSMİ

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi - RƏSMİ
Nazirlər Kabineti "Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

Sfera.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, "Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib:

"2.3-1. Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər.”.

"3.8.3. III ixtisas qrupu:

3.8.3.1. dil-tarix (DT) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1);

3.8.3.2. tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və coğrafiya (nisbi

əmsal:1);”.

"3.9-1. III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.”.

Qaydalara 1 nömrəli əlavə - "İxtisas qrupları və ixtisaslar”ın III ixtisas qrupu sütunu "İxtisasların adı” sətrindən sonra "Dil-tarix (DT) altqrupu” və "Tarix-coğrafiya (TC) altqrupu” adlı iki sütuna bölünməklə aşağıdakı redaksiyada verilib:
 



OXŞAR XƏBƏRLƏR