“Təkcə ucuzlaşmayacaq, həm də internetin sürəti yaxşılaşacaq” – EKSPERT ÜMİDLİ DANIŞDI

“Təkcə ucuzlaşmayacaq, həm də internetin sürəti yaxşılaşacaq” – EKSPERT ÜMİDLİ DANIŞDI
 

Azərbaycanın magistral operatoru olan "Delta Telecom" MMM may ayının 10-dan etibarən provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim təklif edəcək.

 

Sfera.az xəbər verir ki, endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini də götürməlidir.


Mövzuyla bağlı Sfera.az-a danışan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman gündüzün sözlərinə görə, Azərbaycanda internet qiymətləri iki halda düşür: "Ya, dövlət provayderləri qiymətdə ucuzlaşmaya gedəndə, ya da digər provayderlər endirimlər həyata keçirəndə. "Delta Telekom” 70%-ə qədər endirim edibsə, hesab edirəm ki, bu bazarda ciddi dəyişiklik yarada bilər. Provayderlərin xərci 70% aşağı düşəcəksə, ya qiyməti endirəcəklər, ya da qiyməti saxlayıb, sürəti bir neçə dəfə artıracaqlar. Bu mobil internetə də müsbət mənada təsir edəcək”.


O.Gündüz onu da qeyd etdi ki, Delta Telekomun endirimi digər ana provayderləri də qiymətləri aşağı salmaq siyasətinə yönəldəcək.

 

 

Rəşad

Sfera.az

OXŞAR XƏBƏRLƏR

“MƏNZİLLƏR BAHALAŞACAQ…” – Ekspert bunu şərtləndirən səbəblərdən danışdı

  "Yeni vergi sisteminə keçidlə əlaqədar tikinti şirkətləri mənzillərin qiymətində müəyyən artımlara getməyə məcbur olacaqlar”. Sfera.az-a açıqla...

Bu icra başçılarının “yuxusu ərşə çəkilib” – PA-ya daha çox hansı rayonlardan şikayətlər daxil olub?

Xəbər verdiyimiz kimi, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun birinci müavini Tatarov Ramiz dekabrın 18-də axşam saatlarında ...

"Mən bunu soruşmuram, mən soruşuram..." - İLHAM ƏLİYEVDƏN İCRA BAŞÇISINA SUAL

Prezident İlham Əliyev bu gün pambıqçılıq mövsümünün yekunlarına dair keçirdiyi müşavirə zamanı rayonlar üzrə məhsuldarlıq səviyyəsini açıqlayıb. Bəzi rayonlard...

“Sərhəddə nəzarəti gücləndirməliyik” – Tanınmış həkim koksaki virusunun hansı ölkədən gəldiyini açıqladı

"Koksaki virusunun yaratdığı dərin təsirlərin fərqində olmadığımız halda, ola bilər ki, həmin viruslar bir müddət sonra hansısa yeni xəstəliyin əsasını q...

Cavid Qurbanovdan xəbərdarlıq: "Evlərinizi elə yerdə tikin ki, sonradan sökülməsin..."

  "Bakıda "Şanxay” adlanan ərazidə dəmir yolu xətlərinə sıx tikilən evlərlə bağlı məsələnin həll edilməsi istiqamətində işlər aparılır”. Sfera.az-ın...

Yaşayış minimumu 190 manat, sosial yardım 160 manat olacaq

  Prezidenti İlham Əliyev 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları təsdiq edib. Sfera.az xəbər verir ki, 2020-...