6 yaşlı məktəblininin çantası 2 kq olmalıdır - həkim rəyi

6 yaşlı məktəblininin çantası 2 kq olmalıdır  - həkim rəyi

Artıq yeni dərs ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Valideynlər isə indidən məktəb ləvazimatları, məktəbli geyimləri, çantalar axtarmağa başlayıblar.

Bu il də məktəbli çantalarının böyüklüyü, keyfiyyəti, dərs vəsaitlərinin çoxluğu və onları məktəbli çantasına yerləşdirə bilməyin çətinliyi valideynləri düşündürür. Hər kəs övladını ağır çantalarla yükləməməyin yolunu axtarır.

Modern.az bildirir ki, tanınmış pediatr Vaqif Qarayev məktəbli çantalarının seçimi ilə bağlı valideynlərə məsləhət verib. O qeyd edib ki, normalara uyğun olaraq, məktəbli çantasının çəkisi uşağın ümumi çəkisinin 10 faizindən artıq olmamalıdır:

"Yəni 6 yaşlı uşağın çəkisi ortalama 20 kq-dırsa, çantanın çəkisi 2 kq olmalıdır. Amerika Pediatriya Akademiyası (APA) isə aşağıdakı normativləri təklif edir:

1-2-ci sinif şagirdləri 1,5 kq, 3-4-cü sinif - 2,5 kq, 5-6-cı sinif - 3 kq, 7-8-ci sinif - 3,5kq, 9-11-ci sinif - 4kq həcmində çantalara üstünlük verməlidirlər.

Bu hesabla dərs başlayan kimi çantanın içərisinə lazımsız vəsaitlər doldurulmasa, uşağın sağlamlığında problem olmayacaq”.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...