Kapital Bank-ın dəstəyi ilə ADA Universitetində karyera günləri keçirildi

Kapital Bank-ın dəstəyi ilə ADA Universitetində karyera günləri keçirildi
Kapital Bank-ın dəstəyi ilə ADA Universitetində 27 fevral – 1 mart tarixləri arasında karyera günləri təşkil olunub. Layihənin açılış mərasimində Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova iştirak edib.

 

"İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən yarmarkada tələbələr Azərbaycanın iş bazarındakı ən aparıcı qurumları ilə təmasda olub, dövlət və özəl sektorda insan kapitalı ehtiyacı barədə məlumatlar əldə ediblər. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndələri və 12 dövlət qurumu tələbə və məzunlara təqdimatlar keçirib, məşğulluq bazarı barədə gənclərdə təsəvvür yaradıb və karyerada uğur qazanma ilə bağlı məsləhətlər veriblər.

 

 

"Hazırda maliyyə sektorunda ən fəal işəgötürən olan Kapital Bank karyera günlərinin keçirilməsində olduqca maraqlıdır. Bu kimi layihələrə dəstək göstərməklə, biz yüksək potensiala malik kadrların birbaşa universitetlərdən cəlb olunması imkanı əldə edirik”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.


 

Qeyd edək ki, Kapital Bank daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.

 

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Niyə hollandiyalılar evlərində pərdələrdən istifadə etmirlər?

Əgər siz nə vaxtsa Hollandiyanın küçələrini gəzmisinizsə və ya orada çəkilmiş sənədli filmə baxmısınızsa, bu, mütləq diqqətinizi çəkib. Pəncərələrin arxasında p...

Niyə qatarlarda təhlükəsizlik kəmərləri yoxdur?

Demək olar ki, qatarla səyahət edən hər kəs kresloda oturmaq, rahat ayağa qalxmaq və istədiyi kimi səyahət etmək həzzini yaşayıb. Qatarlarda təhlükəsizlik kəmər...

Daha iki futbolçu "Qarabağ"ı tərk edir

"Qarabağ"da növbəti ayrılıqlar yaşanacaq.   Daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.   Ağdam təmsilçisi Amin Rama...

16 milyon dollar sərvəti var imiş - Kimə qalacaq?

88 yaşında vəfat edən Roma Papası Fransiskin sərvəti açıqlanıb.   Bu barədə “The Economic Times” nəşri məlumat yayıb.   Qeyd e...

Gəncləri hərbi xidmətdən yayındırmaq üçün öz qanından istifadə edirmiş

Bakıda hərbi xidmətdən yayınmaq istəyən şəxslərə özünün qanını verən talassemiya xəstəliyindən əziyyət çəkən laborantın cinayət işində maraqlı təfərrüatlar üzə ...

Qadının Bakı metrosunda etdiyi hərəkət müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə Bakı metrosunda sərnişinlərdən birinin lüzumsuz səbəblə “sərnişin-maşinist” rabitəsindən istifadə etməsi ilə bağlı görüntülər yay...