Lisey və gimnaziyaların qəbul qaydaları açıqlandı

Lisey və gimnaziyaların qəbul qaydaları açıqlandı

İmtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara bu gün saat 15:00-dan etibarən qeydiyyat prosesi başlayır. Qeydiyyat 20 iyun tarixinə qədər davam edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, qəbul qaydalarına əsasən seçimlərdə iştirak edə bilmək üçün minimum iştirak balı 10 baldır. Qeydiyyat zamanı seçilən imtahan binası və kitabça dili seçimi sonradan dəyişdirilə bilməz.

 

Birinci mərhələdə seçim edib qəbul olan şagird həmin təhsil müəssisəsində oxuyacağını təsdiqləmir, sənəd qəbulu zamanı gecikir, sənədlərini həmin liseyə, gimnaziyaya vaxtında təqdim etmir, yaxud oxumaqdan imtina edirsə, onun ikinci mərhələdə iştirakına icazə verilsə də, ikinci mərhələdə qəbul olub hər hansı səbəbdən sənədlərini qəbul olduğu lisey yaxud gimnaziyaya təqdim etməyən şagirdlərin üçüncü mərhələdə iştirakına icazə verilmir.

 

Birinci mərhələdə 3 (üç) yer seçimi imkanı verilir. Hər 3 (üç) seçimi qeyd etmək zərurəti yoxdur. Şagirdin sənədlərinin qəbul olunduğu liseyə və ya gimnaziyaya təqdim edilməsi əsasən avqustun ilk həftələrində həyata keçirilir. İkinci və üçüncü mərhələdə hər şagirdə 2 (iki) seçim imkanı verilir.

 

Bu mərhələlər də əsasən avqust ayında keçirilir. Hər 2 (iki) seçimi qeyd etmək zərurəti yoxdur.

 


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...