Bu il neçə nəfərə təhsil tələbə krediti veriləcək?


Bu il neçə nəfərə təhsil tələbə krediti veriləcək?

2025-ci il üçün Təhsil Tələbə Krediti Fondundan yararlanacaq tələbələrinin sayının artması planlaşdırılır.

 

Sfera.az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondu məlumat verib.

 

Bildirilib ki, mövcud proqnozlara əsasən, 2025-ci ildə təhsil tələbə kreditlərindən faydalanan tələbələrin sayı 60 minə çatdırılacaq.

 

"Bunu 2024-cü ilin noyabr ayında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev qeyd edib.

 

Bu artım, xüsusilə aztəminatlı ailələrin üzvləri və təhsil haqqını ödəməkdə çətinlik çəkən digər tələbələr üçün daha əlverişli imkanlar yaradılmasına yönəlib.

 

Fond fəaliyyətə başladığı gündən etibarən Fonda məxsus elektron portala 61 mindən çox müraciət daxil olub, 48000-dən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib", - deyə məlumatda qeyd edilib.

 

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək olmaq məqsədilə 2021-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.

 


OXŞAR XƏBƏRLƏR

Məhərrəm ayı nə vaxt başlayır? - QMİ fətva verdi

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.   Sfera.az xəbər verir ki, QMİ-nin Qazılar Şurası və səlahiyyətli n...

Bakıda bu marşrutun avtobusları yeniləndi

Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qa...

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Hər il 23 iyun tarixində Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.   Sfera.az xəbər verir ki, bu əlamətdar gün dövlət idarə...

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.   Sfera.az Döv...

Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini işləyir - FOTO

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... ...

Bir neçə şəxsə etibarnamə verənlərin DİQQƏTİNƏ

Avtomobil sahibinin bir neçə nəfərə sürücülük etibarnaməsi verməsinə tez-tez rast gəlirik. Əslində notarial qaydada qısa bir proses olan, ilk baxışdan sadə görü...