DİM dövlət qulluğu imtahanlarını keçirir


DİM dövlət qulluğu imtahanlarını keçirir

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun qəbul imtahanı keçirəcək.

 

DİM-dən Sfera.az-a verilən məlumata görə, BB vəzifə altqrupu üzrə test imtahanı elektron qaydada təşkil ediləcək və imtahan vermək üçün 812 namizəd qeydiyyatdan keçib. İmtahan saat 11:00-da başlayacaq və saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.

 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 38, BB qrupu üzrə isə 73 olmaqla, ümumilikdə 119 namizəd iştirak edəcək. Bu imtahan saat 16:00-da elektron qaydada keçiriləcək və 2 saat 30 dəqiqə davam edəcək. İmtahan saat 15:45-dən sonra gələn namizədlər də qəbul olunmayacaq.

 

İmtahanın təşkilinə 10 imtahan rəhbəri, 55 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb. Namizədlər imtahana şəxsiyyətini təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər.


OXŞAR XƏBƏRLƏR

Məhərrəm ayı nə vaxt başlayır? - QMİ fətva verdi

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.   Sfera.az xəbər verir ki, QMİ-nin Qazılar Şurası və səlahiyyətli n...

Bakıda bu marşrutun avtobusları yeniləndi

Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qa...

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Hər il 23 iyun tarixində Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.   Sfera.az xəbər verir ki, bu əlamətdar gün dövlət idarə...

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.   Sfera.az Döv...

Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini işləyir - FOTO

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... ...

Bir neçə şəxsə etibarnamə verənlərin DİQQƏTİNƏ

Avtomobil sahibinin bir neçə nəfərə sürücülük etibarnaməsi verməsinə tez-tez rast gəlirik. Əslində notarial qaydada qısa bir proses olan, ilk baxışdan sadə görü...