Azərbaycanda magistraturaya qəbul imtahanı keçirilir


Azərbaycanda magistraturaya qəbul imtahanı keçirilir

Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirir.

 

Sfera.az xəbər verir ki, imtahanda iştirak etmək üçün 21 min 926 bakalavr ərizə təqdim edib. Onlardan 20 min 57 nəfəri Azərbaycan bölməsi, 1869 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. İmtahan iştirakçılarının 14 min 17 nəfəri cari ilin, 7909 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Həmçinin 49 nəfər xarici ölkə vətəndaşıdır.

 

Qəbul imtahanı Bakıda 62, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunub. İmtahan saat 11:00-da başlayır, saat 10:45-də isə buraxılış rejimi başa çatır. Göstərilən vaxtdan gecikən şəxslər imtahan binasına buraxılmayacaq.

 

İmtahanın idarə olunmasına 85 ümumi rəhbər, 241 imtahan rəhbəri, 1989 nəzarətçi və 294 mühafizə əməkdaşı cəlb olunub.

 

Bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır və bu səbəbdən imtahandan 15 dəqiqə əvvəl hər kəs zalda olmalıdır.

 

İmtahan 3 saat 30 dəqiqə davam edəcək. İlk 3 saat ərzində test tapşırıqlarına cavab vermək lazımdır. Bundan sonra esse yazı işi başlayacaq və bakalavrlara 30 dəqiqə vaxt veriləcək.

 

DİM imtahan iştirakçılarının diqqətinə çatdırır ki, cavab kartları optik qurğu vasitəsilə oxunur. Buna görə də cavablar yalnız qara və ya tünd göy mürəkkəb axıtmayan diyircəkli qələm və ya tünd rəngdə yazan karandaşla qeyd edilməlidir. Səhv qeyd olunmuş və ya qaydalara uyğun olmayan cavablar nəzərə alınmayacaq.

 

İmtahan binasına mobil telefon, elektron cihazlar, kalkulyator, kitab, dəftər, məlumat kitabçası, lüğət, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.

 

Bakalavrlar imtahana gələn zaman şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini təqdim etməlidirlər. Sənədləri qaydasında olmayan şəxslər imtahana buraxılmayacaq.


OXŞAR XƏBƏRLƏR

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Hər il 23 iyun tarixində Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.   Sfera.az xəbər verir ki, bu əlamətdar gün dövlət idarə...

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.   Sfera.az Döv...

Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini işləyir - FOTO

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... ...

Bir neçə şəxsə etibarnamə verənlərin DİQQƏTİNƏ

Avtomobil sahibinin bir neçə nəfərə sürücülük etibarnaməsi verməsinə tez-tez rast gəlirik. Əslində notarial qaydada qısa bir proses olan, ilk baxışdan sadə görü...

Azərbaycanlı iş adamı Türkiyədə 4 milyon avroya klub aldı - FOTO

Türkiyənin "Serik Belediyespor" klubunun səhmlərinin 50 faizini 4 milyon avroya alan azərbaycanlı iş adamının adı açıqlanıb.   Sfera.az tel...

Bu ölkədə güclü zəlzələ - Sunami təhlükəsi elan olundu

Yeni Britaniyanın Papua-Yeni Qvineya adasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Se...