TTKF-nin 3 illik fəaliyyətinə dair hesabat tədbiri keçirildi - FOTO

TTKF-nin 3 illik fəaliyyətinə dair hesabat tədbiri keçirildi - FOTO

Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Daha sonra Təhsil Tələbə Krediti Fondunun 3 illik fəailiyyəti ərzində əldə etdiyi nəticələri və irəliləyişlərini nümayiş etdirən videoçarx təqdim olunub. Media nümayəndələri üçün təşkil edilən tədbirdə 20-yə yaxın media təmsilçisi iştirak edib.

 

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov təqdimatla çıxış edərək, Fondun yaranması, məqsədləri, qarşıya qoyulan hədəflər, təhsil tələbə kreditlərinin verilməsi qaydaları, geri ödənişlər və s. haqqında iştirakçılara ətraflı məlumat verib.

 

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

 

Bildirilib ki, TTKF-nin elektron portalına bu günə kimi 58 mindən çox müraciət daxil olmuş, 46 minə yaxın TTK müqaviləsi rəsmiləşmişdir. Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb.

 

Fond tərəfindən davamlı şəkildə təbliğat, təşviqat və maarifləndirmə işlərinin aparıldığını qeyd edən B.Əzimov, hesabat dövrü ərzində respublika ərazisində yerləşən ali, orta ixtisas, peşə təhsili və ümumtəhsil müəssisələrində görüşlərin keçirildiyini və bu günə kimi bu görüşlərdə 55 minə yaxın şəxsin iştirak etdiyini diqqətə çatdırıb.

 

Həmçinin Fondun qaynar xətti və sosial media hesablarına daxil olmuş müvafiq olaraq 4590 mindən çox müraciətin operativ qaydada cavablandırıldığını, vətəndaş qəbuluna yazılmış 1000 nəfərə yaxın şəxsin müraciətlərinin araşdırılaraq müvafiq dəstək göstərildiyi qeyd olunub.

 

Ülkər Abdurahmanlı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zirədə istixanadan 5 min manatdan çox oğurluq oldu

Bakının Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan 5 min manatdan çox oğurluq olub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirli...

Zaur Əliyev yeni vəzifəyə seçildi

Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Federasiyanın İcraiyyə Komitəsinin tərki...

İsrailin mərkəzi bölgələrində həyəcan siqnalı verildi

İsrailin mərkəzi rayonlarında raket təhlükəsi barədə xəbərdarlıq edən hava həyəcanı sirenləri işə düşüb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...

Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü oldu

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidanın geniş tərkibdə görüşü başlayıb.   Sfera.az xəbə verir ...

Bazar günü hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   M...

Azərbaycanda iri müəssisələrin çoxu bu regionda cəmlənib - ADLAR

2024-cü ilin sonunda Azərbaycanda 868 ədəd iri müəssisə (sahibkarlıq subyekti - red.) olub.  Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər ver...