"Hazırkı dərsliklər qəliz və lazımsız informasiyalarla doludur" - Ekspert ETİRAZ ETDİ

"Hazırkı dərsliklər qəliz və lazımsız informasiyalarla doludur" - Ekspert ETİRAZ ETDİ

Orta məktəblərdə ibtidai sinif dərslikləri uşaqların təhsilə ilk addımlarını atdıqları və təməl bilikləri mənimsədikləri ən vacib resurslardan biridir. Təəssüf ki, mövcud dərsliklərdə hələ də bir sıra problemlər qalmaqdadır. Valideynlərin əksəriyyəti dərsiklərin ibtidai sinif yaşında uşaq üçün ağır olduğundan şikayətlənirlər.

 

Bəs məktəblilərin dərs yükü necə tənzimlənməlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu dərsliklər uşaqların yaşına və inkişaf səviyyəsinə uyğun olmalı, həmçinin onların maraq və ehtiyaclarını qarşılamalıdır:

 

“İbtidai sinif dərslikləri yalnız nəzəri biliklərdən ibarət olmamalı, həm də şagirdlərdə yaradıcılığı, tənqidi düşüncəni və problemi həll etmə qabiliyyətlərini inkişaf etdirməlidir. Hazırkı dərsliklər məzmunca çox qəliz, lazımsız informasiya ilə dolu və çox mürəkkəbdir. Bu isə şagirdlərin tədris prosesindən uzaqlaşmasına səbəb olur”.

 

Ekpsertin fikrincə, dərsliklərin məzmun keyfiyyətini artırmaqla yanaşı, metodik yanaşmalar da təkmilləşdirilməlidir ki, şagirdlər həm dərslərdən zövq alsın, həm də dərindən öyrənsinlər:

 

“Dərsliklər uşaqların maraq dairələrinə və qavrama qabiliyyətlərinə uyğun hazırlanmalı, eyni zamanda tədris prosesində interaktiv və praktiki yanaşmalar ön planda olmalıdır. Uşaqlara təkcə məlumat ötürmək deyil, onları gələcəyin düşünən və problemləri həll edən vətəndaşları kimi yetişdirmək əsas məqsəd olmalıdır”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR