Bu universitet tələbələrini özü seçəcək - VİDEO

Bu universitet tələbələrini özü seçəcək - VİDEO

Azərbaycanda bir universitet müstəqil olaraq tələbə seçimi edəcək.

 

Sfera.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, bir müddət əvvəl Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncama əsasən, təhsil müəssisəsinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib.

 

Bəs, Türkiyə-Azərbaycan Universitetinə verilən "müstəqil tələbə seçimi" hüququ nədir? Ümumiyyətlə, proses necə təşkil ediləcək?

 

Sfera.az bildirir ki, məsələni  şərh edən təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib ki, tələbə seçimini müstəqil aparma" ifadəsi müəyyən bir təhsil müəssisəsinə tələbə qəbulunun, dövlətin və ya hər hansı mərkəzi qurumun müdaxiləsi olmadan, həmin universitetin öz qaydalarına və meyarlarına əsasən həyata keçirilməsini nəzərdə tutur.

 

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin universitetlərində bu təcrübə çoxdan var. Prosesi universitet imtahan müsabiqəsi ilə yox, özü həyata keçirir. Bəs Dövlət İmtahan Mərkəzinin müsabiqəsindən əldə olunan nəticə sözügedən universitetə qəbul üçün lazım olacaqmı?

 

Məsələ ilə bağlı DİM-dən  bildirildi ki, abituriyent bu qurumun keçirdiyi müsabiqədə iştirak etməli və daha sonra universitetin təyin etdiyi şərtləri ödəməlidir. Sonra isə o nəticə əsasında müstəqil seçim aparılacaq.

 

Bir sözlə, müstəqil seçim hüququ dedikdə, bu, universitetin və ya həmin təhsil müəssisələrinin DİM imtahanlarının nəticələrindən istifadə edərək tələbə seçimini öz qaydalarına və meyarlarına uyğun həyata keçirməsi deməkdir. Yəni, universitet dövlət tərəfindən tənzimlənmədən, öz daxili qərarlarına əsasən tələbə seçə bilər. Dövlət yalnız nəticələri təmin edir, lakin seçim prosesi tamamilə universitetin səlahiyyətindədir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 


OXŞAR XƏBƏRLƏR

“Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirildi

“Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilib.   Sfera.az xəbər verir ...

Bu məşqçilər iki oyunluq cəzalandırıldı

AFFA-nın aşağı liqalarında çıxış edən iki komandanın köməkçi məşqçiləri 5 oyunluq cəza alıblar.   Sfera.az xəbər verir ki, bu barədə milli assosiasiy...

Sülh üzrə Nobel mükafatının qalibi AÇIQLANDI

Nobel Komitəsi Sülh üzrə Nobel mükafatının laureatını açıqlanıb.   Sfera.az xəbər verir ki, 2024-cü il üzrə sözügedən mükafata Yaponiyanın &ldqu...

Bu klublar cərimələndi - SİYAHI

AFFA İntizam Komitəsi "Şamaxı", "Turan Tovuz" və "Sumqayıt" klublarını cərimələyib.   Sfera.az xəbər verir ki, bu barəd...

16 yaşı tamam olmamış qızla evləndi - Cinayət işi açıldı

Saatlı rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən gənc cinayət məsuliyyətinə cəlb edilib.   Sfera.az xəbər verir ki, Nərimankənd sakini olan 2...

Trampın bu qərarı Azərbaycanın mənzil bazarında ucuzlaşmaya səbəb olacaq - ŞƏRH

2024-cü ilin noyabrında ABŞ-də keçiriləcək növbəti prezident seçkilərinin nəticələri Azərbaycanın mənzil və daşınmaz əmlak bazarında qiymətlərə təsir edə bilər....