Universitetlərdə tez bağlanan yeməkxanalar, ac qalan tələbələr: Çarə nədir? - AÇIQLAMA

Universitetlərdə tez bağlanan yeməkxanalar, ac qalan tələbələr: Çarə nədir? - AÇIQLAMA

Bildiyimiz kimi, universitetlərin əksəriyyətində axşam növbəsi dərsləri tədris edilir. Bir çox tələbə həmin saatda bufetlərin açıq olamamasından, tez bağlanmasından şikayətçidir. Məsələ ilə bağlı bir neçə universitetə sorğu ünvanladıq.

 

Sfera.az-ın sorğusuna verilən cavablar arasında axşam növbəsində tədris zamanı yeməkxanası açıq olanlar da var, bağlı olanlar da.Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 18:40-da axşam növbəsi dərsləri başlayır, lakin həmin saatda bufet işləmir. Memarlıq və İnşaat Universitetində (AzMİU) 5 bufet var, onlardan biri bütün dərslər bitənə kimi, yəni 19:30-a qədər tələbələrin ixtiyarında olur. Bakı Slavyan Universitetində (BSU) yeməkxana 18:00-da bağlanır. Azərbaycan Dillər Universitetində (ADU) isə bufet 19:00-a qədər açıq olur.

 

Sorğunun nəticəsinə görə, universitetlərin əksəriyyətində yeməkxanalar tez bağlanır. Qeyd edək ki, axşam növbəsində təhsil alanlar arasında işdən çıxıb gələnlər də az deyil. Qısa tənəffüs müddətində də mağazaya gedib-gəlmək demək olar ki, mümkünsüzdür.

 

Bəs bu məsələ necə tənzimlənməlidir? Universitetlərin yeməkxananı tez bağlamasına əsas səbəb nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, universitetlərin yeməkxanalarının tez bağlanması və axşam növbəsində dərs keçən magistr tələbələrinin ehtiyaclarının qarşılanmaması bir sıra praktik və təşkilati problemlərdən qaynaqlanır:

 

“Belə ki, universitetlərdə bufet və yeməkxana xidmətləri adətən ya universitetin öz daxili idarəçiliyi altında, ya da özəl şirkətlər tərəfindən təmin edilir. Bu cür obyektlərin işləmə saatları, ən çox tələb olunan vaxtlara əsaslanır. Əksər universitetlərdə günün aktiv saatları daha çox səhər və günorta vaxtlarına təsadüf edir, buna görə də yeməkxanalar da əsasən həmin vaxtlarda işləyir. Axşam saatlarında isə tələbə sayı az olduğundan, bufetin fəaliyyətini davam etdirmək iqtisadi cəhətdən sərfəli olmaya bilər. Bəzi universitetlərdə axşam dərslərinə gələn tələbələrin sayının nisbətən az olması, tələbatın aşağı düşməsi ilə nəticələnir. Bu isə yeməkxananın saatlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Axşam növbəsində tələbələrin sayının azlığı nəzərə alınaraq, iş saatlarının uzadılması yeməkxana üçün maliyyə baxımından sərfəli olmaya bilər”.

 

Ekspert qeyd edib ki, bu vəziyyət magistr tələbələrinin əziyyət çəkməsinə səbəb olur:

 

“Magistr tələbələrinin çoxu işləyən, gün ərzində müxtəlif yerlərdə fəaliyyət göstərən şəxslərdir. Onlar işdən sonra dərslərə gəldikləri üçün daha fərqli ehtiyaclara sahib olurlar. Gündüz saatlarında dərs alan tələbələr üçün yeməkxana və bufetlər aktiv olsa da, magistrlar üçün həmin xidmətlər artıq bağlanmış olur. Həmçinin qısa tənəffüs müddətində universitet ərazisindən kənara çıxıb mağazadan nəsə almaq da vaxt çatışmazlığı səbəbindən mümkün olmur. Nəticədə, magistrlar günün sonunda yorğun, aclıq hissi ilə dərsə qatılmağa məcbur qalırlar ki, bu da onların tədris keyfiyyətinə və diqqətinə mənfi təsir göstərə bilər”.

 

K.Əsədovun sözlərinə görə, universitetlərin inzibati strukturu bəzən elastiklik göstərməkdə çətinlik çəkir:

 

“Hər universitetin müəyyən qaydaları, o cümlədən yeməkxanaların iş saatlarını tənzimləyən prosedurlar mövcuddur. Axşam dərslərinin artması ilə bərabər, yeməkxana və bufetlərin iş saatlarının uzadılması üçün əlavə personal və resurslar tələb olunur. Lakin bəzi universitetlər bu cür dəyişiklikləri həyata keçirməkdə çətinlik çəkir və ya onlara ehtiyac olmadığını düşünür.Bundan əlavə, bufet və yeməkxana personalının iş saatlarının uzadılması, onların əmək hüquqları və əlavə ödənişlər kimi məsələləri gündəmə gətirir. Universitetlərin bəzisi bu xərcləri artırmaq istəmir və ya ona ehtiyac duymur, buna görə də yeməkxanalar sadəcə ən çox tələb olunan vaxtlarda açıq olur”.

 

Mütəxəssis hesab edir ki, bu problemi həll etmək üçün müxtəlif tədbirlər görülə bilər:

 

“Universitetlərin yeməkxana və bufetləri axşam dərsləri nəzərə alınaraq iş saatlarını tənzimləyə bilər. Magistrlar və ya axşam dərslərinə gələn digər tələbələr üçün xüsusi iş saatları təyin etmək bir həll yolu ola bilər. Yeməkxanaların bağlandığı vaxtlarda tələbələrə xidmət göstərmək üçün içkilər, qəlyanaltılar təklif edən avtomatlar və ya kiçik bufetlər qurmaq olar. Bu, tələbələrə qısa tənəffüslərdə yemək almaq imkanı yaradacaq.Digər tərəfdən, bəzi universitetlər bufetlərin və ya yeməkxanaların axşam dərsləri zamanı qismən fəaliyyət göstərməsi üçün həftənin müəyyən günlərində iş saatlarını uzada bilər. Məsələn, həftənin müəyyən günlərində axşam növbəsinə gələn tələbələrin sayına uyğun olaraq bufetlərin açıq saxlanması mümkündür.Həmçinin universitet ərazisində və ya yaxınlıqda yerləşən kafe və restoranlarla əməkdaşlıq edərək, tələbələrin dərs arasında onlayn sifariş verməsi üçün platformalar yaratmaq olar. Beləliklə, tələbələr yeməklərini tənəffüs vaxtında vaxt itirmədən ala bilərlər”.

 


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

22 yaşında müraciət etdiyi işdən yarım əsr sonra cavab alan qadın - FOTO

Demək olar ki, hamımız böyük ümidlərlə işə müraciət etməyi, hətta mənfi və ya müsbət cavab almamağı da yaşamışıq. “Niyə işə götürmədilər”, “ni...

Bu qidalar cinsi istəyi zəiflədir

Qidalanma cinsi istəyə əhəmiyyətli təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, spirt və şəkər libidoya mənfi təsir göstərir. Bu qidalar testosteron...

15 saat dənizdə qayada ilişib qalan turist xilas edildi - FOTO

Portuqaliyanın Madeyra muxtar bölgəsində dənizdə qayaya ilişən polşalı turist hərbi pilotsuz uçan aparat tərəfindən xilas edilib.   Sfera.az xəbər veri...

Dənizə atılmış şüşədəki məktub 22 illik sirrin üstünü açmağa kömək etdi - FOTOLAR

12 yaşlı uşaq İngiltərənin Eastbourne şəhərində tənha çimərlikdə zibil yığarkən qeyri-adi kəşf edib. O, Con Darvinə aid olduğu güman edilən şüşə içərisində bir ...

Kristofer Kolumbun müəmmalı ölümü

İspaniyalı alimlər məşhur kəşfiyyatçı Kristofer Kolumbun ölümünün sirrini açıblar. Hindistana gedəcəyini düşünərkən Amerika qitəsini kəşf edən Kristofer Kolumbu...

"Barselona" keçmiş məşqçisindən iPhone və iPad-i qaytarmağı xahiş edib

İspaniya "Barselona"sının rəhbərliyi komandanın keçmiş baş məşqçisi Xavidən klubun ona və işçilərinə şəxsi istifadə üçün verdiyi iPhone və iPad-i geri...