Övladları I sinfə və məktəbəhazırlıq qruplarına gedəcək valideynlərin NƏZƏRİNƏ!

Övladları I sinfə və məktəbəhazırlıq qruplarına gedəcək valideynlərin NƏZƏRİNƏ!

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə və məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib. 

 

Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 18 sentyabr 2024-cü il saat 11:00-dan 15 oktyabr 2024-cü il saat 18:00-a qədər, məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün isə 18 sentyabr 2024-cü il saat 11:00-dan 27 sentyabr 2024-cü il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq. 

 

Qeyd edilən tarixə qədər övladları üçün mektebebqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər. 

 

Qeyd edək ki, bu günə qədər I sinfə 132 min 931 nəfər, məktəbəhazırlıq qruplarına isə 90 min 672 nəfər uşaq qəbul olunub.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Gəncləri hərbi xidmətdən yayındırmaq üçün öz qanından istifadə edirmiş

Bakıda hərbi xidmətdən yayınmaq istəyən şəxslərə özünün qanını verən talassemiya xəstəliyindən əziyyət çəkən laborantın cinayət işində maraqlı təfərrüatlar üzə ...

Qadının Bakı metrosunda etdiyi hərəkət müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə Bakı metrosunda sərnişinlərdən birinin lüzumsuz səbəblə “sərnişin-maşinist” rabitəsindən istifadə etməsi ilə bağlı görüntülər yay...

Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə rayonunun Alar kəndində qeydə alınıb.   Belə ki, ...

Roma Papasının ölüm səbəbi AÇIQLANDI

Roma Papası Fransiskin ölüm səbəbi açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Vatikandan məlumat verilib.   Bildirilir ki, Papa ...

Türkiyədə zəlzələ oldu

Türkiyənin Kütahya şəhərində 4,3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunmas...

“Titanik” kapitanının ölümündən qısa müddət əvvəl etdikləri

Titanik gəmisinin batmasından 113 il ötür və gəminin aysberqə çarpdıqdan sonra batmağa başladığı zaman gəminin kapitanı Edvard Con Smitin intihar etdiyi barədə ...