DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir

DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir

Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, eləcə də eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan keçirir. Bundan əlavə, bu il keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

 

DİM-dən Sfera.az-a bildirilib ki, Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunan imtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 51 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.

 

İmtahanlar bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

 

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

 

- İmtahana buraxılış vərəqəsi;

 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 santimetr ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 241, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 159 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 75 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.

 

İmtahanda 3 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, eşitmə əngəlli) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçi təyin edilib.

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 9 ayda orta illik inflyasiya 1,5 % olub - STATİSTİKA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,5 %, o cümlədən qida məhsulları, iç...

Azərbaycanda bələdiyyələrin sayı yarıdan çox azaldılır

Azərbaycanda 1 400 bələdiyyə birləşdirilir və ümumi say 684-ə endirilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komit...

Azərbaycan yığması Estoniya ilə qarşılaşacaq -UEFA Millətlər Liqası

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında səfərdə Estoniya millisi ilə üz-üzə gələcək.   Sfera.az xəbər verir ki, C Liqasının 1-ci qrupundak...

Tanınmış qiraətçi həkimləri İTTİHAM ETDİ: "Oğlumun gözləri məhv oldu"

“Həkimlərin məsuliyyətsizliyinə görə, oğlumun gözləri məhv oldu, hara aparsam da, çarə tapılmadı”.   Sfera.az xəbər verir ki, bu sözləri ...

Azərbaycanda qayınana gəlinini təmizlik işləri görmədiyinə görə DÖYDÜ

Masallı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mədinə Səmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. ...

Türkiyədə dəhşətli avtobus qəzası: 20-dən çox yaralı var

Türkiyənin Afyonkarahisar vilayətində avtobus qəzası baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi xəbər yayıb. ...