Agentlikdən valideynlərə MÜRACİƏT: "Yolverilməzdir!"

Agentlikdən valideynlərə MÜRACİƏT: "Yolverilməzdir!"

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir. Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və yerli bölmələrinin Çağrı mərkəzindən, eləcə də uşaqların təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər.
 
Agentlikdən Sfera.az-a bildirilib ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. 

 

Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər.

 

Vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədi ilə vətəndaşlar aşağıda qeyd edilən, eləcə də ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər.
 
Valideynlər aşağıda qeyd edilən keçid vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilərlər: 

 

//shorturl.at/6ptf0
 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda sahibkarlığın inkişaf tarixi

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra sahibkarlıq fəaliyyəti böyük inkişaf yolu keçib.   Sfera.az xatırladır ki, ilk illər sahibkar...

Livanın baş naziri Qərb səfirləri ilə təcili görüş TƏLƏB ETDİ

İsrailin Livanın cənubunda mülki müdafiə heyətinə hücumundan sonra Baş nazir Nəcib Mikati Qərb səfirləri ilə təcili görüş tələb edib.   Sfera.az xəbə...

Bu tarixlərdə güclü maqnit qasırğası olacaq - ƏHALİNİN DİQQƏTİNƏ!

“Sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir”.   Bu barədə Sfera.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib.   ...

Prezident Tacikistan liderinə təbrik məktubu GÖNDƏRDİ

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, təbrikdə deyilir: ...

Prezident: "Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması diasporun inkişafına böyük imkanlar yaradır"

Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır.   Sfera.az...

Prezident: "Tacikistanla möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk"

Biz Azərbaycan ilə Tacikistan arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə b...