Bakıda I sinfə qəbulla bağlı 40 383 sorğu YERLƏŞDİRİLDİ

Bakıda I sinfə qəbulla bağlı 40 383 sorğu YERLƏŞDİRİLDİ

Avqustun 29-na (saat 11:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 40 383 uşaq üçün elektron sistem (//mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

 

Bu barədə Sfera.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 6 791 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 2 485-i alternativ qeydiyyat mərkəzlərində, 2 970-i sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 1 336 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

 

Qeyd edilib ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (//baku.edu.gov.az/az/page/276), eləcə də 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər.

 

Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

 

Sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.


OXŞAR XƏBƏRLƏR

Dünyada BİR İLK: Uşaq istehsal edən fabrik açılır, 200 avroya körpə alacaqsınız... - VİDEO

“200 min avroya uşaq sahibi ola bilərsiniz”.   Sfera.az bildirir ki, bu barədə türkiyəli jurnalist Uğur Önver məlumat yayıb.   ...

Azərbaycanda sahibkarlığın inkişaf tarixi - ŞƏRH

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra sahibkarlıq fəaliyyəti böyük inkişaf yolu keçib.   Sfera.az xatırladır ki, ilk illər sahibkar...

Livanın baş naziri Qərb səfirləri ilə təcili görüş TƏLƏB ETDİ

İsrailin Livanın cənubunda mülki müdafiə heyətinə hücumundan sonra Baş nazir Nəcib Mikati Qərb səfirləri ilə təcili görüş tələb edib.   Sfera.az xəbə...

Bu tarixlərdə güclü maqnit qasırğası olacaq - ƏHALİNİN DİQQƏTİNƏ!

“Sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir”.   Bu barədə Sfera.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib.   ...

Prezident Tacikistan liderinə təbrik məktubu GÖNDƏRDİ

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, təbrikdə deyilir: ...

Prezident: "Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması diasporun inkişafına böyük imkanlar yaradır"

Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır.   Sfera.az...