Özəl məktəblərdə şagirdlərin sayı sürətlə artır - RƏQƏMLƏR

Özəl məktəblərdə şagirdlərin sayı sürətlə artır - RƏQƏMLƏR

Azərbaycanda özəl orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayında sürətli artım müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, 2022-ci ildə özəl məktəblərdə 20 135 şagird təhsil aldığı halda, 2023-cü ildə təhsilalanların sayı 23 484-ə çatıb. Bir ildə şagird sayında 16,6 faiz artım qeydə alınıb.

 

Şagird sayındakı artım sürətinin böyük olması əvvəlki illərlə müqayisədə daha aydın görünür. Özəl məktəblərdə 2010-cu ildə 6 441 şagird təhsil alırdı. 2015-ci ildə şagirdlərin sayı 8 348-ə, 2020-ci ildə isə 20 135-ə çatdı. 2010-2023-cü illərdə özəl məktəblərdə şagird sayı 3,65 dəfə artıb.

 

Müqayisə üçün bildirək ki, bu dövrdə dövlət məktəblərində şagirdlərin sayı cəmi 27,5 faiz artıb. Özəl məktəblərdə şagirdlərin sayı sürətlə artsa da bu məktəblərin sayında ciddi artım yoxdur. Hazırda 34 özəl məktəb var, onların sayı son 13 ildə cəmi 7 ədəd artıb.

 

Özəl məktəblərdə, əsasən, şagird və müəllim sayında artım müşahidə edilir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Daim tüklərinin rəngi dəyişən nadir pişiklər doğuldu - FOTOLAR

Şotlandiyada qeyri-adi unikal pişiklər nadir bir xəstəliklə doğulublar. Qeyd edək ki, bu xəstəlik nəticəsində pişiklərin tükləri daim rəngini dəyişir. Balalar a...

İdmançılarımız Vətənə döndülər - FOTO

Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər.   Sfera.az AZƏRTAC-a ...

Beyinə təsir edən yeni virus yayılıb - Bu üsulla keçir...

Alimlər gənə vasitəsilə ötürülən və sinir sisteminə, o cümlədən beyinə ziyan vuran yeni virus aşkar ediblər. Sfera.az xəbər verir ki, aşkara çıxarılan yeni...

Ancelina Coli premyeraya oğlu ilə qatıldı - FOTO

Hollivud ulduzu Ancelina Coli ötən axşam Toronto Beynəlxalq Film Festivalında “Qansız” filminin qala gecəsində görünüb.   Sfera.az bildirir...

Selena Qomez səhhətindəki problemlərdən danışdı:“Uşaq dünyaya gətirə bilmərəm”:

Amerikalı müğənni, aktrisa və iş qadını Selena Qomez “Vanity Fair” moda jurnalının üz qabığına çəkilərkən müsahibə verib. O, müsahibəsində səhhətind...

Fərqində olmadığımız təhlükə: “Gecə bayquşları” təhlükəli xəstəliyə daha həssasdırlar

Bu yaxınlarda aparılan araşdırma zamanı özlərini "gecə bayquşu" adlandıran (gec yatıb gec oyanamağa üstünlük verən insanların), erkən qalxanlar ilə mü...