Qarabağ Universiteti ali təhsil müəssisələrinin sərgisində TƏMSİL OLUNDU - FOTO

Qarabağ Universiteti ali təhsil müəssisələrinin sərgisində TƏMSİL OLUNDU - FOTO

Dövlət İmtahan Mərkəzi tərəfindən 31 iyul – 2 avqust 2024-cü il tarixlərində həyata keçirilən ali təhsil müəssisələrinin sərgisində Qarabağ Universiteti də iştirak edib.

 

Sfera.az xəbər verir ki, ziyarətçilər sərgidə Qarabağ Universitetinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara dair məlumatlar əldə ediblər.

 

3 gün ərzində İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə və Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyevin iştirakı ilə Universitetin 27 ixtisası barəsində infosessiyalar təşkil olunub, abituriyentlərə ixtisas seçiminə dair tövsiyələr verilib.

 

Qeyd edək ki, ümumilikdə 1500-dən artıq abituriyent və valideynin ziyarət etdiyi sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...