Hərbi liseylərə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ!

Hərbi liseylərə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ!

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək.


Sfera.az-a DİM-dən bildirilib ki, hərbi liseylərə qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.


İmtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır.İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. 


Abituriyentlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.


Abituriyentlər imtahana özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:


şəxsiyyəti təsdiq edən sənədin əslini;


"İmtahana buraxılış vərəqəsi"ni.


Qeyd: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.


Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.


 
Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

COP29-un prezidenti BMT baş katibinin müavini ilə GÖRÜŞDÜ

COP29-un prezidenti Muxtar Babayev BMT baş katibinin müavini Əminə Məhəmmədlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə COP29-un "X" so...

Ədalət Şükürov AYNA-nı TƏNQİD ETDİ: “Bacarmırlarsa..." - VİDEO

Əməkdar artist Ədalət Şükürov paytaxt yollarından və tıxaclarından narazılığını dilə gətirib.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə APA TV-yə ...

Nəcməddin Sadıkov aylar sonra üzə çıxdı - FOTO

Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra ictimaiyyət a...

Nəzrinin ölümündə ittiham edilən sınıqçıya bu cəza verildi

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı ittiham olunan şəxs barəsində istintaq orqanının təqdimatına baxılıb.   Sfera.az APA-...

Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək.   ...

İlham Əliyev Amina Mohammedi QƏBUL ETDİ - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da BMT Baş katibinin birinci müavini Amina Mohammedi qəbul edib.   Sfera.az xəbər veri...