MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi BAŞLADI

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi BAŞLADI

İyulun 2-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

 

Elm və Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, test imtahanları iyulun 2-10-da ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək.

 

İmtahanların ilk gününə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub.

 

Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.


OXŞAR XƏBƏRLƏR

Sabah bu ərazilərdə İŞIQ OLMAYACAQ

Lənkəran və Masallı Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq hava xətlərində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 22-də bir sıra ərazilərdə elektrik xət...

Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adını açıqladı

Xocalı soyqırımı zamanı qondarma rejimə rəhbərliyi Artur Mkrtçyan, hərbçilərə rəhbərliyi isə Ermənistan silahlı qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş, &...

Bəzi fənlər üzrə monitorinq keçiriləcək - Nazir əmr imzaladı

May-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə, VI siniflərində tədris dili, təbiət və...

İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə məxsusi müsahibə verib.   Sfera.az müsahibəni təqdim edir: ...

Bakıda iki qız itkin DÜŞDÜ

Bakının Maştağa qəsəbəsində azyaşlı qızlar itkin düşüblər.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a onların valideynləri məlumat veribl...

Gözəllik Kraliçası Milli Təhlükəsizlik səbəbindən ABŞ-dan Deportasiya edildi

Aprelin 18-dən 20-dək Kaliforniyanın İndio şəhərində təntənəli şəkildə məşhur “Coachella 2025” musiqi festivalının ikinci hissəsi keçirilib. Lakin m...