Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILACAQ - RƏSMİ

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILACAQ - RƏSMİ

"Bütün araşdırmalar müəllimin peşəkarlığının təhsilə təsir edən ən əsas amillərdən biri olduğunu göstərir".

 

Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib.

 

"2014-cü ildən etibarən nazirlik tərəfindən müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması əsas prioritet kimi qiymətləndirilir. Bu istiqamətin icrasına diaqnostik qiymətləndirmə ilə başlanılıb və 2018-ci ilə qədər davam edib. 35 faizə yaxın müəllimin əməkhaqqı artırılıb. 2018-ci ildən isə qanunvericiliyə sertifikasiya anlayışı daxil edilib. 2022-ci ildə ilk dəfə olaraq ibtidai sinif müəllimlərinin qiymətləndirilməsinə başlanıldı. 30 min iştirak oldu. Nəticələrə uyğun olaraq əməkhaqlarına artım olunub. 2023-cü ildə təkrar sertifikasiyada uğur qazana bilməyən 800 nəfərə yaxın müəllim tutduğu vəzifədən kənarlaşdırılıb. Bu proses 2026-cı ilə qədər bütün ölkəni və fənnləri əhatə edəcək. 2026-cı ildən sonra ilk dəfə sertifikasiyadan keçənlər yenidən imtahana cəlb olunacaq. 8 iyun tarixində 8 minə yaxın müəllimin iştirak edəcəyi imtahan keçiriləcək. 21, 22, 24 iyun tarixlərində ilk dəfə 25 minə yaxın iştirakçını əhatə edən riyaziyyat, ingilis, alman və fransız dili müəllimləri də imtahan verəcək. Sentyabrdan maaşını artımla alan 32 minə yaxın müəllim sıralarına 20 mindən çox müəllim də qoşulacaq". 

 

E.Bağırov qeyd edib ki, ümumilikdə, yüksək nəticə toplayan 8 minə yaxın müəllimin orta aylıq əməkhaqqı 1300 manata yaxındır. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Vüsalə bu rəqsi ilə ağılları başdan aldı - VİDEO

Teleaparıcı Vüsalə Əlizadənin görüntüsü sosial şəbəkələrdə gündəm olub.   Sfera.az xəbər verir ki, o, aparıcısı olduğu verilişində etd...

"Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama...

Müsəlman ölkəsində matəm elan edildi

İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib.   Sfera.a...

İstanbul üçün dəhşətli zəlzələ XƏBƏRDARLIĞI

Məlum olduğu kimi, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ və afterşoklar İstanbul və ətraf vilayətlərdə...

Məktəbdə ən yaxşı oxuyanlar bu 6 BÜRCDƏN olur

Çalışqan və müvəffəqiyyətli tələbələr adətən gördükləri işlərlə diqqət çəkirlər. Sürətli öyrənmə və anlama qabiliyyətinə sahib olan bu tələbələr, pratik zəka il...

FAKTİKİ HAVA: Güclü külək əsib, şimşək çaxıb

Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşə...