SABAH qruplarında magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrların qeydiyyatı BAŞLADI

SABAH qruplarında magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrların qeydiyyatı BAŞLADI

SABAH qruplarında magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrların qeydiyyatı başlayır.

 

Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Bildirilib ki, bakalavrlar müvafiq ixtisaslaşmaları seçmək üçün iyunun 14-ü saat 12:00-dək ali təhsil müəssisələrində yaradılan komissiyada müsahibədən keçməlidirlər. Bununla bağlı qeydiyyat isə DİM-in internet səhifəsində aparılır. Bakalavrlar qeydiyyatdan keçdikdən sonra ali təhsil müəssisələrinin təyin etdiyi qrafiklə müsahibəyə dəvət olunurlar. Bunun üçün həmin universitetlərin nümayəndələri bakalavrların imtahana qatılmaq üçün ərizəsində göstərdiyi əlaqə nömrəsinə zəng edəcək.

 

Vurğulanıb ki, müsahibədə uğur qazanmış bakalavrlara magistraturaya qəbul üçün elektron ixtisaslaşma seçimi ərizələrində digər ixtisaslaşmalarla yanaşı, SABAH qruplarına aid də müvafiq ixtisaslaşmaları seçmək imkanı veriləcək.

 

Xatırladaq ki, bakalavrlar SABAH qruplarının müsahibəsində iştirak edib-etməmələrindən, uğur qazanıb-qazanmamalarından asılı olmayaraq, magistraturaya qəbul olmaq üçün DİM-in elan etdiyi müddətdə elektron ixtisaslaşma seçimi prosesində iştirak etməlidirlər.


OXŞAR XƏBƏRLƏR

Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu

May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına ...

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...

İranla ABŞ münasibətləri bundan asılı olacaq - Tramp şərtləri açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla münasibətləri normallaşdırmaq üçün şərtlərdən birini açıqlayıb.  Tramp bildirib ki, İran Yaxın Şərqdəki silahlı qru...

Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!

Mayın 17-dən Bakıda bir yol tam bağlanacaq.   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə mayın 17-si saa...

"İstanbuldakı danışıqların nəticəsi Kiyevdən asılıdır" - Sergey Ryabkov

“İstanbulda Rusiya-Ukrayna danışıqlarının nəticəsi Moskvadan yox, Kiyevə rəhbərlik edənlərdən asılıdır”.    Sfera.az xarici mediaya ...

“Azərlotereya”nın “1001 Sevinc” əşya lotereyası başladı

“Azərlotereya” növbəti möhtəşəm lotereya ilə hər kəsi sevindirəcək. “1001 Sevinc” yeni tirajlı lotereyasında yüzlərlə dəyərli əşyalar sa...