Müəllimlərin müddətli müqavilə ilə vakansiya seçimlərinə başlanılır

Müəllimlərin müddətli müqavilə ilə vakansiya seçimlərinə başlanılır

Avqustun 21-23-də 2023-2024-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

 

Nazirlikdən Sfera.az-a bildirilib ki, avqustun 21-də saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada keçiriləcək.

 

Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ verilir.

 

Namizədlər 23 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

 

Xatırladaq ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.


OXŞAR XƏBƏRLƏR

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Güclü külək, qar...

Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/...

Prezident yeni səfirin etimadnaməsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin...

Ötən ay axtarışda olan 387 nəfər sərhəddə saxlanıldı

Noyabr ayında cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 387 nəfər saxlanılaraq aidiyyət...

Prezidentdən Məzahir Pənahovla bağlı FƏRMAN

Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə yeni səlahiyyət verilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Fərman im...

“Fransa Ermənistana "Sezar" artilleriya silahları göndərəcək” - AÇIQLAMA

“Fransa 2024-cü ildə Ermənistana "Sezar" artilleriya silahları göndərmək niyyətindədir”.   Sfera.az bildirir ki, bunu politoloq...

Prezidentdən Çinlə bağlı FƏRMAN

2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administra...