Dövlət Proqramı ilə xaricdə təhsil alacaq şəxslər AÇIQLANDI

Dövlət Proqramı ilə xaricdə təhsil alacaq şəxslər AÇIQLANDI

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub.

 

Elm və Təhsil Nazirliyindən Sfera.az-a bildirilib ki, 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə 200 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb.

 

Proqram iştirakçıları sırasında cari ildə beynəlxalq reytinq sistemlərində yalnız universitetlər üzrə ilk onluqda yer almış ali təhsil müəssisələri üzrə 5 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "Yale University", 6 nəfər "Imperial College London", 5 nəfər "University College London" və 1 nəfər "National University of Singapore"dan qəbul alıb.

 

Qeyd edək ki, iyulun 14-də 2023-2024-cü tədris ili üzrə Dövlət Proqramı iştirakçısı adını qazanmış ilkin 134 nəfərin siyahısı barədə ictimaiyyətə məlumat verilib.

Dövlət Proqramının illik hədəf göstəricisində 400 nəfər Azərbaycan Respublikası vətəndaşının xarici universitetlərdə ali təhsilin bakalavriat və magistratura

səviyyələrində təhsil almasının nəzərdə tutulduğunu və cari il üzrə kvotada mövcud imkanların olduğunu nəzərə alaraq, müəyyən çatışmazlıqlar səbəbindən ərizəsi qəbul edilməyən namizədlərə sözügedən halları aradan qaldırmaqla müraciətlərini tamamlamaları üçün 7-11 avqust 2023-cü il tarixlərində yenidən sənəd qəbulu üçün şərait yaradılacaq. Nəzərə alınmalıdır ki, gec təqdim edilmiş müraciətlər üzrə Dövlət Proqramı iştirakçısı adını qazanacaq şəxslərin təhsilinin maliyyələşdirilməsi ona müvafiq müddətdə həyata keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

“Baydenin yenidən prezident seçilməsi fəlakət olar” - Senator Lindsi Qrem

“Baydenin yenidən prezident seçilməsi bütün dünya üçün fəlakət olar”.   Sfera.az bildirir ki, bunu amerikalı senator Lindsi Qrem deyib. O...

Sabahın hava proqnozu AÇIQLANDI

Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bə...

Ərdoğan: “Daha ədalətli dünya üçün çalışmalıyıq”

“Daha ədalətli dünya üçün çalışmalıyıq”.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkila...

Nazir məktəblərdə qızılca ilə bağlı son vəziyyəti AÇIQLADI

"Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ ş...

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsr...

Aparıcı kastinqi ELAN EDİLDİ

"Mədəniyyət Könüllüləri" İctimai Birliyi aparıcı kastinqini elan edib.   Sfera.az xəbər verir ki, kastinqin keçirilməsində məqsəd yeni və i...