Təhsil Nazirliyi və DİM birgə açıqlama YAYDI

Təhsil Nazirliyi və DİM birgə açıqlama YAYDI
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq” ixtisaslarının yerləşdiyi ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı məlumat yayıb.

Sfera.az xəbər verir ki, məlumatda deyilir:

"Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi bildirir ki, "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı birgə təkliflər əsasında qərar layihəsi hazırlanıb və razılaşdırılmaq üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.

Qərar layihəsində "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq” ixtisasları üzrə təhsil almaq istəyən şəxslərin həmin ixtisaslara müvafiq bilik və bacarıqları nəzərə alınaraq qeyd olunan ixtisasların II ixtisas qrupundan III ixtisas qrupuna keçirilməsi nəzərdə tutulur.

Qərar qəbul olunduğu halda sözügedən dəyişiklik 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verən abituriyentlərə deyil, 2022-2023-cü tədris ilində ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərə şamil olunacaq".

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda əmək müqavilələrinin sayı artdı

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 482.194 vahid artıb və 2024-cü ilin dekabr ayının 1-nə 1.884.109 olub. ...

Xərçəng olan rəqqasə 2 aya 54 kiloqram arıqladı - FOTOLAR

Uzun müddətdir xəstəxanada xərçəngdən müalicə olunan rəqqqasə Tanyelidən xəbər var.   Sfera.az xəbər verir ki, o son iki ay ərzində 54 kiloqram ...

Suriyada Rusiyanın hansı hərbi təyyarələri olub? - ADLAR

Suriyada hakimiyyət dəyişikliyindən sonra Rusiya bu ölkədə olan hərbi vasitələrini xilas etməyə çalışır. Rəsmi məlumatlara əsasən, Rusiyanın bu ölkədə iki hərbi...

Bəşər Əsədin Moskvada olması TƏSDİQLƏNDİ - Səfirlik AÇIQLADI

Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin hazırda Rusiyada olması barədə yayılan məlumat təsdiqlənib.   Sfera.az TASS-a istinadən xəbər veri...

Masazırda 25 vətəndaş təxliyə edildi - VİDEO

İntensiv yağan yağışlarla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsində bəzi ərazilər subasmaya məruz qalıb.    Sfera.az xəbər verir ki, bu barəd...

65 yaşına çatmış bəzi diplomatların xidmət müddəti uzadıla bilər

Azərbaycanın 65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti hər dəfə bir ildən çox olmayaraq beş ilədək uzadıla bilər.   Sfe...