Təhsil tələbə kreditini hansı banklar verəcək?

Təhsil tələbə kreditini hansı banklar verəcək?
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi ilə hansı bankalrın məşğul olacağı açıqlanıb.
 
Sfera.az xəbər verir ki, Baş nazir Əli əsədovun təsdiq etdiyi "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən təhsil tələbə krediti (TTK) üzrə bank əməliyyatları seçilmiş müvəkkil bank tərəfindən həyata keçiriləcək.

6.2. Müvəkkil bankın seçilməsi meyarları aşağıdakılardır:

6.2.1. kreditlərin verilməsi ilə bağlı əməliyyatların aparılmasına dair lisenziyanın olması;

6.2.2. 1 (bir) ildən yuxarı davamlı bank fəaliyyətinin mövcudluğu;

6.2.3. prudensial normativlərə və tələblərə əməl edilməsi;

6.2.4. regionlarda filial şəbəkəsinin olması;

6.2.5. beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olması.

6.3. TTK-nin maliyyələşdirilməsi, bu sahədə xidmət və TTK-nin geri qaytarılması dövründə həmin vəsaitlərin müvəkkil bank tərəfindən Fonda köçürülməsi Fond və müvəkkil bank arasında bağlanılan baş saziş əsasında həyata keçirilir.

6.4. Müvəkkil bank TTK-nin maliyyələşdirilməsi üçün tələb olunan vəsait barədə baş sazişdə nəzərdə tutulmuş müddətdə Fonda müraciət edir və tələb olunan sənədləri Fonda təqdim edir.

6.5. Fond müvəkkil bankın müraciətini və təqdim olunan sənədləri yoxladıqdan sonra 3 (üç) iş günü ərzində tələb olunan vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin edir.

6.6. TTK-nin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını Fondun Himayəçilər Şurası müəyyən edir.

6.7. Müvəkkil bankla Fond arasında qarşılıqlı öhdəliklər Fond ilə müvəkkil bank arasında imzalanmış baş sazişdə əhatə olunur. Borcalanların müvəkkil bank qarşısında öhdəliklərini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil bank və Fond baş sazişlə müəyyən edilmiş öhdəliklərini bu Qaydanın 7.15-ci bəndi nəzərə alınmaqla yerinə yetirməlidirlər.

6.8. Müvəkkil bank bu Qaydada və Fond ilə müvəkkil bank arasında imzalanmış baş sazişdə kredit inzibatçılığı ilə bağlı müəyyən edilmiş tədbirləri həyata keçirməli və bu barədə məlumatları elektron sistemə daxil etməlidir. Bu öhdəliklərin müvəkkil bank tərəfindən yerinə yetirilməməsi və ya qismən icra edilməsi hallarının kreditin defoltuna səbəb olduğu müəyyən edildiyi halda, Fond defolt olunan kredit üzrə məbləği müvəkkil bankdan geri tələb etmək hüququna malikdir. Bu hallar Fondun cəlb etdiyi kənar audit tərəfindən müəyyən edilir.

6.9. Müvəkkil bankın lisenziyası ləğv edildikdə, Fondun həmin bankda qalan vəsaitinin qaytarılması ləğvedici tərəfindən "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun ödənişlərin növbəliliyi əsasında həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...