Təhsil sahəsində Türkiyə ilə anlaşma memorandumu imzalandı

Təhsil sahəsində Türkiyə ilə anlaşma memorandumu imzalandı
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurası (YÖKAK) arasında anlaşma memorandumu imzalanıb.

Sfera.az-ın məlumatına görə, imzalanan sənədin əsas məqsədi tərəflər arasında təcrübə mübadiləsi, ali təhsil müəssisələrinin akkreditasiyası və qiymətləndirilməsi prosesində iştirak, ehtiyac yaranarsa tərəflərə təlimlərin təşkili, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə əməkdaşlıq etməkdən ibarətdir.

Əməkdaşlıq Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə müsbət təsir göstərərək təhsil sahəsində ölkələrarası münasibətlərin genişləndirilməsinə xidmət edəcək. Belə ki, keyfiyyət təminatı sahəsində imzalanan ikitərəfli memorandum TKTA-nın digər beynəlxalq agentliklərlə də yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcək.

Qeyd edək ki, memorandumun imzalanması və əməkdaşlıq sahəsində müzakirələrin aparılması TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyənin Ankara şəhərinə işgüzar səfəri çərçivəsində həyata keçirilib.

Sənədi TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucov və YÖKAK rəhbəri professor Muzaffer Elmas imzalayıblar.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Universitetlərdə bu dərslərin onlayn keçirilməsi təklif olundu - RƏSMİ

"Pandemiyanın davam etdiyini nəzərə alaraq ali təhsil müəssisələrində auditoriyalarda çox sayda tələbənin olmasının əleyhinəyik. Biz aidiyyəti ali təhsil müəssi...

Məktəblərdə inspeksiyalara başlanılır - İnzibati tədbir görüləcək

"Bu ildən Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən orta məktəblərin inspeksiyası aparılacaq”. Sfera.az xəbər verir ki, bunu Təhsildə ...

Azərbaycanda oxuyan əfqan tələbələr ölkəyə necə gələcək? - RƏSMİ

Əfqanıstanın müvafiq təmsilçiliyi ilə Azərbaycana qəbul olan əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsi müzakirə edilir. Sfera.az xəbər verir ki, bu ...

Deputat özəl məktəb sahiblərini tənqid etdi: “Bu milləti bir az da siz sevin”

"Vəzifədən böyük pullar qazanan şəxslərin bir qismi bizneslə məşğul olub şirkətlər açanda birdən yadlarına düşdü ki, orta məktəb də yaxşı gəlir gətirir. Özü d...

Azərbaycan bu qədər əcnəbi tələbəyə təqəüd verəcək

Ötən ilin statistikasına əsasən 89 ölkədən 6600 əcnəbi tələbə ölkəmizdə təhsil alır. Sfera.az-ın məlumatına görə, bunu Təhsil nazirliyi Beynəlxalq əməkdaş...

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdiril...