Təhsil Nazirliyinə qarşı sərt ittiham: \"İzahat versinlər\"

Təhsil Nazirliyinə qarşı sərt ittiham: \
"Əgər həqiqətən də tələbə köçürülməsində şəffaflıq varsa, köçürülən şəxslər açıqlansın ki, kim hansı balla, hardan hara köçürülüb"
"Deməli, mənim Təhsil Xidmətləri mərkəzim var, bu təşkilat ödənişli fəaliyyətlə məşğul olur. Təhsilin bütün səviyyələrində ödənişli elektron xidmətlər, məsləhət və bu kimi işlərlə məşğul oluruq".

Bu barədə təhsil eksperti Kamran Əsədov öz "Facebook" səhifəsində yazıb. "Bir müddət əvvəl tələbə köçürülmələri ilə bağlı xidmətləri başa vurduq. Bu zaman köçürülmə ilə bağlı bir valideyn də gəlmişdi. Övladı Bakı Dövlət Universitetinin kitabxanaçılıq ixtisası üzrə təhsil alırdı, amma Azərbaycan bölməsində, tədris ingilis dili olana keçmək istəyirdi" - o bildirib.

Ekspert qeyd edib ki, elektron kabinet yaradılıb: "Təhsil Nazirliyinin elektron sistemi ona icazə verirdi ki, bəli, keçə bilərsiniz. Bu da əsaslandırılmış səbəbini yazdı. Nəticələr açıqlananda bunun da köçürülməsinə müsbət cavab gəldi. Valideyn BDU-ya müraciət edəndə ona dedilər ki, bəs köçürülmələr ilə bağlı gələn siyahıda sənin adın yoxdur".

"Valideyn Təhsil Nazirliyinə müraciət edib. Ona o qədər çox, müxtəlif, fərqli cavablar veriblər ki, heç BMT o qədər qətnamə qəbul etməyib. Biri deyib ki, bəs, sən özün köçürülmədən imtina etmisən, biri deyib, sənin adının üstündən Təhsil Nazirliyində filankəs xətt çəkib, adın xoşuna gəlməyib" - Əsədov vurğulayıb.

"Axırda bir ağıllı da deyib ki, bəs, sizin köçürülmədən imtina olunub, əlinizdə olan kağız fotoşopdur. Həyasızlığın dərəcəsinə bax. Yaxşı, imtina olunubsa, hal-hazırda həmin tələbənin şəxsi kabinetindəki müraciətdə yazılır ki, ərizə yoxlanılır. Cavablar açıqlanıbsa, bundan imtina olunubsa, nə yoxlanılır?" - deyə ekspert sual edib.

Əsədov sonra diqqətə çatdırıb ki, artıq Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığına inanmır: "Əgər həqiqətən də tələbə köçürülməsində şəffaflıq varsa, köçürülən şəxslər açıqlansın ki, kim hansı balla, hardan hara köçürülüb".sputnik


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...