Təhsil Nazirliyinə qarşı sərt ittiham: "İzahat versinlər"

Təhsil Nazirliyinə qarşı sərt ittiham:
"Əgər həqiqətən də tələbə köçürülməsində şəffaflıq varsa, köçürülən şəxslər açıqlansın ki, kim hansı balla, hardan hara köçürülüb"
"Deməli, mənim Təhsil Xidmətləri mərkəzim var, bu təşkilat ödənişli fəaliyyətlə məşğul olur. Təhsilin bütün səviyyələrində ödənişli elektron xidmətlər, məsləhət və bu kimi işlərlə məşğul oluruq".

Bu barədə təhsil eksperti Kamran Əsədov öz "Facebook" səhifəsində yazıb. "Bir müddət əvvəl tələbə köçürülmələri ilə bağlı xidmətləri başa vurduq. Bu zaman köçürülmə ilə bağlı bir valideyn də gəlmişdi. Övladı Bakı Dövlət Universitetinin kitabxanaçılıq ixtisası üzrə təhsil alırdı, amma Azərbaycan bölməsində, tədris ingilis dili olana keçmək istəyirdi" - o bildirib.

Ekspert qeyd edib ki, elektron kabinet yaradılıb: "Təhsil Nazirliyinin elektron sistemi ona icazə verirdi ki, bəli, keçə bilərsiniz. Bu da əsaslandırılmış səbəbini yazdı. Nəticələr açıqlananda bunun da köçürülməsinə müsbət cavab gəldi. Valideyn BDU-ya müraciət edəndə ona dedilər ki, bəs köçürülmələr ilə bağlı gələn siyahıda sənin adın yoxdur".

"Valideyn Təhsil Nazirliyinə müraciət edib. Ona o qədər çox, müxtəlif, fərqli cavablar veriblər ki, heç BMT o qədər qətnamə qəbul etməyib. Biri deyib ki, bəs, sən özün köçürülmədən imtina etmisən, biri deyib, sənin adının üstündən Təhsil Nazirliyində filankəs xətt çəkib, adın xoşuna gəlməyib" - Əsədov vurğulayıb.

"Axırda bir ağıllı da deyib ki, bəs, sizin köçürülmədən imtina olunub, əlinizdə olan kağız fotoşopdur. Həyasızlığın dərəcəsinə bax. Yaxşı, imtina olunubsa, hal-hazırda həmin tələbənin şəxsi kabinetindəki müraciətdə yazılır ki, ərizə yoxlanılır. Cavablar açıqlanıbsa, bundan imtina olunubsa, nə yoxlanılır?" - deyə ekspert sual edib.

Əsədov sonra diqqətə çatdırıb ki, artıq Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığına inanmır: "Əgər həqiqətən də tələbə köçürülməsində şəffaflıq varsa, köçürülən şəxslər açıqlansın ki, kim hansı balla, hardan hara köçürülüb".sputnik

OXŞAR XƏBƏRLƏR

Mənzillərin qiymətində bahalaşma olacaq – EKSPERT HƏYACAN TƏBİLİ ÇALIR

  "İnşaat işləri üzrə həcmin azalması orta müddətli dövrdə mənzillərin qiymət artımına səbəb olacaq”     Sfera.az-a açıqlamasında bunu son...

Bu gün şahinlərimizin bayramıdır - FOTO

Bu gün onların günüdür. Məhz bu tarixdə 14 fevral 1992-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin ilk bölməsi yaradılıb. Prezidentin 1992-ci il 14 sent...

Bu gün ölkəmizdə Milli Televiziya Günü kimi qeyd edilir

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. Sfera.az bildirir ki, Azərbaycan televiziyası radiodan 30 il sonra – ...

"Məlumat alan kimi, bu planların qarşısını aldım" - İlham Əliyev

"Mən həqiqətən də çox şadam ki, biz bu gün şəhərimizin tarixi binasında yerləşən "Dinamo” otelinin rəsmi açılış mərasimində iştirak edirik. Çox şadam ki, bin...

Eldar Mahmudov Çovdarovla üzləşdirildi — FOTOLAR

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov, qeyri-iş günü olmasına baxmayaraq, bu gün də Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə ç...

Altı nəfərin ölümündə günahlandırılan şəxs: Gülələnməyə hazıram - VİDEO

Sumqayıt Dövlət Universitetinin 6 tələbəsini öldürən sürücü: "Hakimə dedim ki, güllələnməyə hazıram"   Sfera.az xəbər verir ki, ARB TV-nin "Rezonans" ver...