No Image
No Image

Qış tətili ləğv olunur? - RƏSMİ AÇIQLAMA

Qış tətili ləğv olunur? - RƏSMİ AÇIQLAMA
Ötən il Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 oktyabrdan 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Qərara əsasən, qeyd edilən dövr ərzində ölkədə fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti də tamamilə dayandırılıb. Bu səbəbdən məktəblərdə qış tətilinin ləğv olunacağı ilə bağlı məlumatlar yayılıb.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində tədris ilinin müddəti (o cümlədən, tətillərin vaxtı və müddəti) Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qış tətili ilə bağlı xüsusi qərar qəbul edilməyib.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrinə görə, qış tətilinin müddəti 27-31 yanvarda olur. Tədrisin birinci yarımili 15 sentyabr-26 yanvar, ikinci yarımili 1 fevral-14 iyun tarixlərini əhatə edir.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Distant təhsil Azərbaycanda özünü doğrultmadı” – Təhsil eksperti səbəbləri sadaladı

"Distant təhsil Azərbaycanda özünü doğrultmadı, xüsusən də ibtidai siniflər və texniki fənlərlə bağlı çoxsaylı problemlər müşahidə etdik”. Bu sözləri ...

Teledərslərin sabaha olan - Cədvəli

"Mədəniyyət”, "ARB Günəş” telekanalları və "Təhsil” televiziyasının Feysbuk səhifəsində yayımlanan "Dərs vaxtı” proqramının yanvarın 14-ü üçün nəzərdə tutulan c...

Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə fevralın 27-dən Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətə başlayacağı ilə bağlı söz-söhbət dolaşır.  Xüsusilə "Whatsapp” qrup...

Şagirdlərin qış tətili olacaqmı? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi oktyabr-noyabr aylarında olan iki həftəlik tətillə əlaqədar şagirdlərin qış tətilinin (27-31 yanvar) kompensasiya edilib-edilməyəcəyi ilə bağlı...

Bu ölkədə ənənəvi təhsil bərpa olundu

Yanvarın 11-dən Özbəkistanın bütün universitetləri və institutlarında, həmçinin orta məktəblərində ənənəvi təhsil formasına keçilib. Sfera.az xəbər verir ...

Karantini pozaraq, ad günü keçirən direktorun vəzifəsini o icra edəcək - Nazirdən ƏMR

Karantin qaydalarını pozaraq? özünə ad günü keçirdiyi üçün vəzifəsindən azad edilən direktorun vəzifəsi başqa şəxsə həvalə olunub.   Sfera.az xə...