Təhsil Nazirliyindən dərslərlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən dərslərlə bağlı AÇIQLAMA
 

Yeni tədris ilində "Virtual məktəb"in yenilənmiş saytı istifadəyə verilib.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, yenilənmiş saytda müvafiq bölmələri və xüsusiyyətləri barədə məlumat təqdim olunur.

Saytın təlimatlar bölməsində platformada fəaliyyətin təşkili ilə bağlı müəllim və şagirdlər üçün ətraflı video təlimatlar təqdim olunub. Virtual bələdçi bölməsində platformadan rahat istifadəni təmin etmək və yaranan sualları cavablandırmaq məqsədilə saytda "Virtual bələdçi" xidməti mövcuddur. Xidmətdən faydalanmaq üçün istifadəçilər "Sualınız var?" bölməsinə keçid edib, onları maraqlandıran sualları seçməklə, cavablarla tanış ola bilərlər.

Elanlar bölməsində "Virtual məktəb"də yeniliklər barədə məlumatlandırma məqsədi ilə elanlar bölməsi yaradılıb. Bu bölmədə mütəmadi olaraq keçiriləcək onlayn tədbirlər barədə xəbərlər yerləşdiriləcək.

Müəllim bloqu bölməsində saytda innovativ müəllimlər üçün öz təhsil məzmunlu bloqlarını təqdim etmək imkan yaradılıb. Bu hissədə müəllimlər interaktiv alətlərlə keçirilən dərs nümunələri və təcrübələrini videoformatda təqdim edə biləcəklər.

Elektron poçt və saxlanc bölməsində "Virtual məktəb" istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri mövcuddur. Elektron poçt vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi mümkündür. Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi imkanları təqdim edilir.


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...