No Image
No Image

Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Təhsil Nazirliyi tələbələrə müraciət etdi
Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək.

Bu barədə Sfera.az-a nazirlikdən bildirilib. Qeyd olunub ki, 2020/2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr bu tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər.

Xatırladaq ki, Təhsil Nazirliyi sentyabrın 30-dan https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib.

Son iki ay ərzində 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Növbəti həftə tədrislə bağlı qaydalar açıqlanacaq

Növbəti həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək. Sfera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə ə...

Dövlət Baxçalı Şuşada məktəb tikdirmək niyyətindədir

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşada Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən ibtidai məktəb açılmasını təkli...

“Distant təhsil Azərbaycanda özünü doğrultmadı” – Təhsil eksperti səbəbləri sadaladı

"Distant təhsil Azərbaycanda özünü doğrultmadı, xüsusən də ibtidai siniflər və texniki fənlərlə bağlı çoxsaylı problemlər müşahidə etdik”. Bu sözləri ...

Teledərslərin sabaha olan - Cədvəli

"Mədəniyyət”, "ARB Günəş” telekanalları və "Təhsil” televiziyasının Feysbuk səhifəsində yayımlanan "Dərs vaxtı” proqramının yanvarın 14-ü üçün nəzərdə tutulan c...

Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə fevralın 27-dən Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətə başlayacağı ilə bağlı söz-söhbət dolaşır.  Xüsusilə "Whatsapp” qrup...

Şagirdlərin qış tətili olacaqmı? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi oktyabr-noyabr aylarında olan iki həftəlik tətillə əlaqədar şagirdlərin qış tətilinin (27-31 yanvar) kompensasiya edilib-edilməyəcəyi ilə bağlı...