Təhsil nazirindən birinci siniflərə qəbulla bağlı AÇIQLAMA

Təhsil nazirindən birinci siniflərə qəbulla bağlı AÇIQLAMA
"Bu gün birinci siniflərə qəbul prosesinə start verilib. Prosesin daha çevik və şəffaf təşkili məqsədilə dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir. Belə ki, keçən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərdən 94.000 nəfəri artıq I sinfə birbaşa yerləşdirilib".

Sfera.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev özünün feysbuk səhifəsində yazıb.

"Bütün valideynlər və qanuni nümayəndələr uşaqları sərbəst şəkildə www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Qəbulla bağlı hər hansı çətinliklə qarşılaşdıqda qeyd olunmuş "whatsapp” hesablarına və yerlərdə (Bakı şəhəri daxil olmaqla) fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz. //baku.edu.gov.az/az/page/9/5548”, - deyə nazir qeyd edib.

 


OXŞAR XƏBƏRLƏR