Təhsil naziri Naxçıvana getdi - FOTOLAR

Təhsil naziri Naxçıvana getdi - FOTOLAR
Oktyabrın 27-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Bu barədə Sfera.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, ulu öndərin əxatirəsi ehtiramla yad edilib.

Daha sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub, muzeyin ekspozisiyasına baxış keçirilib.

Səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə olan Emin Əmrullayev və nümayəndə heyəti sözügedən təhsil müəssisəsinin nəzdində yerləşən "STEAM Tədris Mərkəzi”ndə yaradılmış şəraitlə tanış olub, məktəbin laboratoriya kabinetlərinə baxış keçirib, eyni zamanda hərbi hazırlıq dərslərinin gedişatını izləyiblər.

Nümayəndə heyəti Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə də baş çəkib, müxtəlif yaradıcılıq dərnəklərində məşğul olan şagirdlərin əl işləri ilə tanış olub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

7 nömrəli məktəb “Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsini icra edir - FOTOLAR

Bakı şəhəri, Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbin "Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi "T...

“Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı keçirilib - FOTO

Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası  Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti bilik yarışı keçirilib.   Sfera.az xəbər ...

NASA azərbaycanlı şagirdi mükafatlandırdı — FOTO

ABŞ-da yaşayan azərbaycanlı məktəbli NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) tərəfindən beynəlxalq sertifikata layiq görülüb. Sfera.az xəbər verir ki, ...

Emin Əmrullayev Türkiyədə səfərdədir - FOTOLAR

Azərbaycanın təhsil naziri Emin Əmrullayev nümayəndə heyəti ilə birgə Türkiyədə səfərdədir. Sfera.az  xəbər verir ki, bu barədə nazir feysbuk səhifəs...

Təhsil naziri Naxçıvana getdi - FOTOLAR

Oktyabrın 27-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Bu barədə Sfera.az-a Təhsil N...

Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə əməkdaşlıq gücləndirilir -FOTOLAR

"İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) Ukraynanın Kiyev şəhərinə səfəri çərçivəsində Beynəlxalq Regionlararası Heyətin İdarəedilməsi Akademiyasını(MAUP) ziya...