Təhsil naziri müəllim olmaq istəyən şəxslərə müraciət etdi

Təhsil naziri müəllim olmaq istəyən şəxslərə müraciət etdi
"Çalışmalıyıq ki, ən istedadlı və bacarıqlı insanlar müəllimlik peşəsini seçsinlər. Müəllim hazırlığının məzmunu ən vacib məsələdir”.

Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, müəllimlər köhnə modellə yox, gələcəyə yönələn modellə hazırlanmalıdır. O bildirib ki, müəllimlərin işə qəbulu prosesini şəffaf şəkildə təşkil etmək mümkün olub: "Sadəcə arzu edənlərlə yerlərin sayı arasında böyük fərq var. Bu da təbiidir. Çünki ən bacarıqlıları işə götürmək istəyirik. Hamını işə götürə bilmirik. 50 mindən artıq insanın hər il müəllimlik ixtisasına müraciət etməsi bu peşənin nüfuzunun artdığını göstərir”.

OXŞAR XƏBƏRLƏR