Təhsil naziri bu müəllimə təşəkkür etdi - VİDEO

Təhsil naziri bu müəllimə təşəkkür etdi - VİDEO
Təhsil naziri Emin Əmrullayev "Facebook” səhifəsində videoçarx yayımlayıb.

Sfera.az bildirir ki, nazir Lənkəran rayon Diryan kənd tam orta məktəbinin müəllimi Günel Bədəlova ilə bağlı paylaşım edib. "Müəllimin timsalında gələcək nəslin təlim-tərbiyəsində fəal rol oynayan, fədakarlıq nümayiş etdirən müəllimlərimizə təşəkkür edirəm!”, deyə Əmrullayev əlavə edib.

Videoçarxda Günel Bədəlova isə Bakı şəhərində doğulduğunu, burada təhsil aldığını, daha sonra  ailəsi ilə birlikdə Lənkəranda müəllimlik fəaliyyətinə başladığını deyib. Onun sözlərinə görə, ilk vaxtlarda burada yaşamaq ona çətin gəlsə də, daha sonra burada yaşamağa öyrəşib. Ailəsi ilə artıq üç ildir kənddə kirayə evdə yaşayan Günel Bədəlova məktəb rəhbərliyinin də onlara dəstək olduğunu bildirib.
 


OXŞAR XƏBƏRLƏR